İQTİSADİYYAT


"BakuBus” avtobuslarında tapılan 100-ə yaxın sənəd və əşya təhvil verilib

Bakı, 8 oktyabr, AZƏRTAC

Avqust ayında “BakuBus” MMC-yə məxsus avtobuslarda sərnişinlər tərəfindən unudulan (itirilən) 6 ədəd pulqabı, 5 ədəd çanta, 4 nəfərə məxsus şəxsiyyət vəsiqəsi, 1 ədəd kompüter avadanlığı və 1 dəst paltar sahibinə qaytarılıb.

“BakuBus” MMC-dən AZƏRTAC-a bildirilib ki, həmçinin sahiblərinə çatdırılması üçün 70 sənəd, kart və əşya Bakı Şəhər Baş Polis İdarəsinə, 7 sənəd isə “Poçtap” xidmətinə təhvil verilib.

Eyni zamanda, avqust ayında avtobuslarda tapılan Azər Xanbaba oğlu Həsənli və Hüsniyyə Mirbayram qızı İsmayılovaya məxsus şəxsiyyət vəsiqəsi, Fuad Gülağa oğlu Piriyev, Namiq Faiq oğlu Salmanov, Tariyel Allahverdi oğlu Ağayev və Mirələsgər Məmmədova məxsus iş kartı, Cəmilə Sarxaşovaya məxsus bank kartı, eləcə də İlqar Əmirxan oğlu Ələkbərov və Əjdər Nuriyevə məxsus müxtəlif sənədlərin surətləri hazırda “BakuBus” MMC-dədir. Həmçinin içərisində Ulduz Qəhrəman qızı Verdixanovaya məxsus şəxsiyyət vəsiqəsi olan çanta və Tural Müşfiq oğlu Sadıqova məxsus şəxsiyyət vəsiqəsi olan pulqabı, eləcə də sahibləri məlum olmayan əşyalar “BakuBus” MMC-də saxlanılır.

Vətəndaşlar “BakuBus” MMC-yə müraciət edərək özlərinə məxsus sənəd və əşyaları təhvil ala bilərlər.

Qeyd olunub ki, “BakuBus” MMC avtobuslarda sərnişinlər tərəfindən unudulan (itirilən) sənəd və əşyalara görə cavabdehlik daşımır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.