İQTİSADİYYAT
"Bank Silk Vey"dan "MasterCard Miles 1+1" adlı yeni kampaniya
Bakı, 9 oktyabr, AZƏRTAC
"Bank Silk Way" "MasterCard" şirkəti ilə birgə oktyabrın 10-dan dekabrın 30-dək "MasterCard Miles 1+1" adlı yeni kampaniyaya başlayır.
Bankdan AZƏRTAC-a bildiriblər ki, kampaniyanın şərtlərinə görə, "MasterCard Standard Miles" və "MasterCard Gold Miles" kartlarını əldə etmiş müştərilərə hədiyyə olaraq eyniadlı ikinci kart təqdim ediləcək. Hədiyyə üçün nəzərdə tutulmuş kartı öz adına və ya seçim etdiyiniz insanın adına sənədləşdirmək olar. Kart 3 il müddətinə pulsuz veriləcək (istənilən valyutada açıla bilər - AZN, USD və ya EUR). Kampaniya zamanı hədiyyə balları ikiqat təqdim olunacaq: "MC Standard Miles" - 200 bal, "MC Gold Miles" - 400 bal.
"MasterCard Miles" kartı bir sıra imtiyazlara malikdir.
Qeyd edək ki, "Miles" bank kartının üstünlükləri ilə "Azal Miles" proqramının iştirakçılarının imtiyazlarını özündə birləşdirən birgə ödəniş kartıdır. Gündəlik alış-veriş və xidmətləri “Miles” kartı ilə ödəyən kart sahibi öz hesabına millər qazanır. Millər dünyanın istənilən valyutası ilə həyata keçirilən ödənişlər zamanı əlavə olunur. Millər, həmçinin "Azerbaijan Airlines" aviaşirkətinin reyslərindən istifadə edərkən toplanır.
Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.banksilkway.az saytına, (012) 931 Sorğu Mərkəzinə və ya bankın rəsmi “facebook” səhifəsinə müraciət edə bilərsiniz. https://www.fb.com/swbankmiles .