İQTİSADİYYAT


"Bank müqavilələrinin müşayiəti” mövzusunda işgüzar görüş

Bakı, 23 may, AZƏRTAC

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və “Qazprombank”ın təşkilatçılığı ilə videokonfrans formatında keçirilən görüşdə bank sektorunun, eləcə də sənaye, kənd təsərrüfatı, sığorta, logistika və digər sahələrdə fəaliyyət göstərən şirkətlərin nümayəndələri iştirak ediblər.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüşdə AZPROMO-nun prezidenti vəzifələrini icra edən Yusif Abdullayev dövlət başçısının sosial-iqtisadi inkişaf kursuna uyğun olaraq, Azərbaycanda qeyri-neft ixracının artırılması istiqamətində həyata keçirilən islahatlar, "Made in Azerbaijan" brendinin xarici ölkələrdə tanıdılması və xarici investisiyaların cəlb edilməsinin təşviqi istiqamətində görülən işlər, rəhbərlik etdiyi qurum tərəfindən reallaşdırılan tədbirlər barədə məlumat verib.

Koronovirus (COVID-19) pandemiyasının iqtisadiyyata mənfi təsirlərindən bəhs edən Y.Abdullayev ölkəmizdə insanların sağlamlığının qorunması ilə yanaşı, pandemiyanın iqtisadiyyata təsirlərinin minimuma endirilməsi, o cümlədən xarici tərəfdaşlarla qarşılıqlı əlaqələrin genişləndirilməsi istiqamətində sistemli tədbirlərin həyata keçirildiyini qeyd edib.

Pandemiya şəraitində keçirilən videokonfransın tərəfdaşlığın gücləndirilməsində əhəmiyyətini qeyd edən “Qazprombank”ın birinci vitse-prezidenti Denis Kamışev “Bank müqavilələrinin müşayiəti” layihəsi barədə məlumat verib.

Qeyd edilib ki, “Bank müqavilələrinin müşayiəti” mexanizmi hər hansı layihənin həyata keçirilməsi üçün ayrılmış vəsaitin məqsədli xərclənməsinə nəzarətin təmin edilməsi üçün “Qazprombank” tərəfindən yaradılmış innovativ məhsuldur.

Tədbirdə “Bank müqavilələrin müşayiəti” layihəsinə dair videoçarx nümayiş olunub, layihə ilə bağlı iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.