İQTİSADİYYAT
"Bank of Baku"dan "Sevəcəyiniz əmanət təklifi" kampaniyası
Bakı, 19 oktyabr, AZƏRTAC
Oktyabrın 19-dan etibarən "Bank of Baku" "Dinamik" əmanət məhsulu üzrə "Sevəcəyiniz əmanət təklifi" şüarı altında kampaniyaya start verib.
Bankdan AZƏRTAC-a bildiriblər ki, yeni kampaniyaya əsasən, indi müştərilər 12 aya illik 14 faiz gəlir götürəcəklər. Manatda yerləşdirilən əmanətlərə şamil olunan bu kampaniya noyabrın 2-dək keçərlidir.
Əmanət hesabının açılması üçün tələb olunan ilkin mədaxil 100 manat təşkil edən bu məhsul üzrə müştərilər əmanətlərini 6 aydan 24 ayadək müddətə yerləşdirə və faiz gəlirlərini hər ayın və müddətin sonunda götürə bilərlər. Yerləşdirdikləri əmanət məbləği 1000 AZN/USD/EUR və ya daha çox olarsa, müştərilərə "Visa Classic" kartı, 12 ay müddətinə olarsa "Visa Gold" kartı pulsuz hədiyyə olunacaq.
Qeyd edək ki, Əmanətlərin Sığortalanması Fondunun üzvü olan "Bank of Baku"da manatla yerləşdirilən 15 faizədək qorunan bütün əmanətlər tam sığortalanır.
"Bank of Baku"nun "Dinamik" və digər əmanət məhsulları haqqında daha ətraflı məlumatla bankın 145 Məlumat Mərkəzi ilə əlaqə saxlamaqla və ya rəsmi internet ünvanı http://www.bankofbaku.com/ və facebook səhifəsinə https://www.facebook.com/bankofbaku daxil olmaqla tanış olmaq olar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]