İDMAN


"Barselona" klubu Pau Qazolla maraqlanmır

Bakı, 11 iyul, AZƏRTAC

Pau Qazol növbəti mövsüm “Barselona” basketbol klubunda çıxış etməyəcək.

AZƏRTAC xəbər verir ki, İspaniya mətbuatına açıqlama verən klubun idarə heyətinin üzvü Joan Blade MBA-da çıxış edən basketbolçu ilə danışıq aparmadıqlarını bildirib. Halbuki bir müddət əvvəl xarici mətbuat 40 yaşlı basketbolçunun qarşıdakı mövsümdə Kataloniya klubuna keçəcəyini yazırdı. Görünür, “Barselona” rəhbərliyi bu il heç bir rəsmi oyunda iştirak etməyən Qazolu geri qaytarmaqla risk etmək istəməyib. Xatırladaq ki, Pau peşəkar karyerasına məhz “Barselona”da başlamışdı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.