İDMAN


"Barselona" yarımmüdafiəçisi Pedri ilə müqaviləni uzadıb

Bakı, 14 oktyabr, AZƏRTAC

"Barselona" yarımmüdafiəçisi Pedri ilə müqaviləni uzadıb.

AZƏRTAC xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. On səkkiz yaşlı futbolçunun Kataloniya klubu ilə yeni müqaviləsi 2026-cı ilin iyun ayınadəkdir. Yeni müqavilə oktyabrın 15-də imzalanacaq.

Yeni müqavilə üzrə oyunçunun təzminat məbləği 1 milyard avro təşkil edir.

Pedri 2020-ci ildən "Barselona"da oynayır və komandanın heyətində İspaniya kubokunu qazanıb (2021). Futbolçu Kataloniya klubunda keçirdiyi 56 oyunda 4 qol vurub, 6 məhsuldar ötürmə edib.

O, son Avropa çempionatında turnirin ən yaxşı gənc oyunçusu seçilib. İspaniya millisinin heyətində Avropa çempionatının bürünc, Tokio Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.