İDMAN


"Barselona"nın sabiq baş məşqçisi Kike Setyen klubu məhkəməyə verib

Bakı, 1 dekabr, AZƏRTAC

“Barselona”nın sabiq baş məşqçisi Kike Setyen klubu məhkəməyə verib.

AZƏRTAC xəbər verir ki, ispaniyalı mütəxəssis müqaviləsinin vaxtından əvvəl ləğvi üçün ona təzminat verilməməsindən narazıdır.

Setyen işdən çıxarıldıqdan sonra La Liqa təmsilçisinin öhdəliklərini yerinə yetirmədiyini və müqavilənin ləğvi üçün ona razılaşdırılmış təzminatı ödəmədiyini açıqlayıb.

Qeyd edək ki, Setyen avqustda “Barselona”dan ayrılıb. Onu Ronald Kuman əvəzləyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.