İQTİSADİYYAT
"Başak-İnam Sığorta Şirkəti" ASC-nin lisenziyası ləğv olunub
Bakı, 6 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının 6 oktyabr 2017-ci il tarixli Qərarına əsasən "Başak-İnam Sığorta Şirkəti" ASC-yə sığorta fəaliyyətinin həyata keçirilməsi üçün verilmiş lisenziya ləğv edilib.
MBNP-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, palata tərəfindən qeyd olunan qərar "Başak-İnam Sığorta Şirkəti" ASC-nin 2017-ci ildə təqdim edilmiş hesabatlarına əsasən onun məcmu kapitalının qanunvericiliklə müəyyən olunmuş səviyyədən aşağı olmasına görə qəbul edilib.
Oktyabrın 6-dan lisenziyası ləğv olunmuş "Başak-İnam Sığorta Şirkəti" ASC-yə Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən müvəqqəti inzibatçı təyin edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]