MƏDƏNİYYƏT


"Başkent Kültür Yolu” festivalı çərçivəsində Şahin Növrəslinin konsert proqramı təşkil olunub

Bakı, 4 oktyabr, AZƏRTAC

Türkiyə-Azərbaycan Dostluq Əməkdaşlıq və Həmrəylik Vəqfi (TADIV), eləcə də Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) və “Cultural Network House”un dəstəyi ilə dünyaca məşhur azərbaycanlı pianoçu, caz ifaçısı və bəstəkar Şahin Növrəslinin "Başkent Kültür Yolu” festivalı çərçivəsində CSO Ada Ankara konsert salonunda möhtəşəm konsert proqramı təşkil olunub.

AZƏRTAC xəbər verir ki, gecədə onunla bərabər azərbaycanlı musiqiçilər kamança ifaçısı Toğrul Əsədullayev və tarzən Arslan Növrəsli də çıxış ediblər.

Azərbaycanlı ifaçıların çıxışı böyük maraqla qarşılanıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.