Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

“Başqa həyat” sənədli filminin təqdimatı olub

Bakı, 18 sentyabr, Nicat Məmmədov, AZƏRTAC

Sentyabrın 18-də “Park İnn Hotel”də “Başqa həyat” adlı sənədli filmin təqdimat mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, filmin premyerasında Milli Məclis sədrinin müavini Adil Əliyev, Milli Məclisin deputatı Arzu Nağıyev, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi hacı Şahin Həsənli, Müdafiə Nazirliyinin nümayəndələri, ziyalılar, tanınmış blogerlər, media nümayəndələri və digərləri iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Təqdimat mərasimində çıxış edən hacı Şahin Həsənli ekran əsərinin gənc rejissor Elçin Ağazadə tərəfindən çəkildiyini bildirib. Deyib ki, film Ərbəin (40 mərasim) ziyarəti haqqındadır. Bu, dünyada ən böyük anma mərasimlərindəndir. Bu tədbirə 20 milyondan çox insan İmam Hüseyni əleyhissalamı ziyarət edir. Məhz Azərbaycanda da İmam Hüseyn əleyhissalamın xatirəsi imanın, əqidəyə sadiqliyin, Vətən, torpaq naminə şəhidlik məktəbinin ən bariz nümunəsi və əbədi təcəssümü olaraq anılır: “Bu il Ərbəin günü məhz şəhidlərimizin anım günü - sentyabrın 27-nə təsadüf edir. 44 günlük müharibədə əldə etdiyimiz qələbənin il dönümü yaxınlaşır. Bu qələbənin əldə olunmasında heç şübhəsiz bizim dini dəyərlərimizin də rolu çox oldu. Prezident İlham Əliyev Şuşada çıxışı zamanı belə bir fikir səsləndirdi “Əyər bizim gənclərimiz dini və milli dəyərlərə bağlı olmasa idi biz bu qələbəni qazana bilməzdik”. Müharibə boyunca bu amil özünü qabarıq şəkildə göstərdi. Azərbaycan əsgəri döyüş meydanında mənəviyyatla davrandı. Dinc əhaliyə mərhəmət göstərdi. Məscid dağıdan mənfur düşmənin kilsəsinə əl vurmadı. Düşünürəm ki, bu üstün xüsusiyyətlər xalqımızın böyüklüyünü göstərir. Bir daha belə bir mühüm mövzuya toxunub film çəkən insanlara təşəkkürümü bildirirəm”.

Filmin nümayişindən sonra Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev öz təəssüratlarını bölüşüb: “Belə müqəddəs ziyarətdə olan şəxslərə qibtə edirəm. Mənə bu filmi izləmək çox xoş oldu, ekran əsərini olduqca yüksək qiymətləndirirəm, məhz bizim gənc peşəkarlardan bu cür filmlər həm cəmiyyətimizə, həmdə xalqımızın milli dəyərlərinə lazımdır. Ekran işində təmənnasız xeyirxahlıqdan və böyük sevgidən bəhs edilir. Mən 44 günlük Vətən müharibəsində gördüklərimi bir daha hiss elədim. Biz çox xoşbəxt adamlarıq ki, Vətən müharibəsini canlı olaraq görmüşük, eyni zamanda onun ildönümünü bu yaxınlarda qeyd edəcəyik. Vətən müharibəsində bizim əsgərlər məhz ən uca zirvə olan imam Hüseyndən bizə əmanət olan şəhidlik zirvəsinə yüksəldilər. Prezident, Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi, düşüncəsi və onun rəhbərlik etdiyi rəşadətli Ordumuzun əzmli qələbəsi nəticəsində 30 ildən sonra əzəli və əbədi torpaqlarımıza qovuşduq. Xüsusi vurğulamalıyıq ki, məhz ölkə başçısının “dəmir yumruğu” sayəsində biz bu xoş günləri yaşayırıq. Bu müharibə daha uzun zaman gedə bilərdi. Lakin İlham Əliyevin yürütdüyü uzaqgörən siyasət sayəsində torpaqlarımızı 44 günə qaytara bildik. Vətən müharibəsi bir daha göstərdi ki, hamımız ölkə başçısının ətrafında yumruq kimi birləşmişik. Düşmən hər zaman oyaqdı, lakin biz birliyimizi nümayiş etdirsək düşmən heç zaman üstünlük əldə edə bilməz. Heç kəs bizim tarixi qələbəmizə kölgə sala bilməz”.

Belə filmlərin gənclərin vətənpərvər ruhda yetişməsinə təkan verəcəyini söyləyən Adil Əliyev, filmin ərsəyə gəlməsində əməyi olanlara öz təşəkkürünü bildirib: “Allah şəhidlərimizə rəhmət, qazilərimizə şəfa versin. Əminəm ki, şəhidlərimizin ruhu indi şaddır”.

Filmdən təsirləndiyini vurğulayan Milli Məclisin deputatı Arzu Nağıyev bu kimi layihələrin daha çox olmağını arzulayıb: “Bu filmə baxıb təsirlənməmək mümkün deyil. Filmdə olan insanlıq sevgisini mən Vətən müharibəsində görmüşəm. Məhz bu filmdə mən o hissləri təkrar yaşadım. Bu istiqamətdə gənclərimiz çalışsa çox böyük uğurlar qazanarıq. Biz milli dəyərlərimizi qorumalıyıq. Çünki mənfur düşmənin hədəfə aldığı şeylərdən biri də mədəniyyətimizdi.

Ermənilərlə mədəniyyət sahəsində savaşımız hələ davam edir. Məqsədimiz bu savaşda qalibiyyətimizi qorumaq və gücümüzü, birliyimizi dünyaya nümayiş etdirməkdir”.

Qeyd edək ki, rejissoru Elçin Ağazadə olan filmin prodüseri Orxan Məmmədzadə, operatoru Soltan Abdullayev, montajçısı Elmar Tariyeloğlu, səs rejissoru İsmayıl Mirzə Qaçar, filmi səsləndirənlər Samirə Həsən, Kamal Yaşar, Kazım Abdullayev, Xəzər Süleymanlı, Elvin Abdullah, Namiq Carçıyev və Ceyhun Səfəridi.

Xatırladaq ki, Elçin Ağazadə buna qədər bir çox milli-mənəvi dəyərlərlə bağlı kliplərin və sənədli filmlərin rejissoru olub. Onun çəkdiyi “Cənnət ətri”, “Səngərdə azan”, “Zamana sığmayan Nəsimi”, “Klassik ədəbiyyatımızda imam Hüseyn” və s. ekran əsərləri rəğbətlə qarşılanıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qubada yerin təkindən qanunsuz istifadə ilə bağlı tədbir keçirilib

ABŞ İsrailin İrana hücumu barədə məlumatlandırılıb

Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

Kürdə batan atanın meyiti tapılıb, 6 yaşlı qızı hələ də axtarılır

Mali frankdan imtina etmək istəyir

Dubay aeroportu fəaliyyətini qismən bərpa edib

Fransanın daxili işlər naziri zorakılığa məruz qalıb

Pakistandan Əfqanıstana deportasiya edilmiş təxminən 250 min uşağın yardıma ehtiyacı var

Xınalıq – dağlar qoynunda bənzərsiz irs muzeyi

Yaşar Gülər: Tam müstəqil müdafiə sənayesi - günün tələbidir

Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Parisdə islamofobiya əleyhinə yürüşə icazə verilməyib

Avropa Liqasında bütün yarımfinalçılar müəyyənləşib

Konfrans Liqası: "Fənərbağça" yarımfinala vəsiqə qazana bilməyib

Konfrans Liqası: Yarımfinala vəsiqə qazanan üçüncü komanda bəlli olub

Avropa Liqası: Yarımfinala vəsiqə qazanan üç komanda bəlli olub

Səadət Kərimi: Hədəfim peşəkar tərcüməçi olmaq, Azərbaycan irsini tanıtmaqdır

AZAL Bakıdan Kəraçiyə ilk reysini həyata keçirib

Fərid Qayıbov ABŞ-də BMT-nin Gənclər Forumunda çıxış edib

Konfrans Liqası: "Aston Villa" penaltilər seriyasında "Lill"i məğlub edərək yarımfinala yüksəlib

Konfrans Liqası: "Fiorentina" yarımfinala vəsiqə qazanıb

Azərbaycan səfiri Prezident İlham Əliyevin məktubunu İsveç Baş Nazirinin Ofisinə təqdim edib

IRENA Assambleyasının 14-cü sessiyası işini panel sessiyaları ilə davam etdirir

Kopenhagendə yanan tarixi birjanın fasadı uçub

ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub

Avropa Şurası Nazirlər Komitəsinin sədri: Azərbaycan nümayəndə heyəti tezliklə Parlament Assambleyasında öz layiqli yerinə qayıdacaq

Avropa İttifaqı İrana qarşı yeni sanksiyalar tətbiq edib

Türkiyədə baş verən zəlzələ nəticəsində bir neçə tikiliyə ciddi zərər dəyib

Rəsmi Parisin ölkəmizdəki səfirini geriyə çağırmasının əsas səbəbləri - ŞƏRH

“Tarixi abidələr uşaqların gözü ilə” – rəsm sərgisi

"Abşeron" "qızıl set"də "Murov Az Terminal"a qalib gələrək finala yüksəlib

Potsdam Universiteti: İqlim dəyişikliyi qlobal iqtisadiyyatı təhdid edir

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Albaniyada ali səviyyəli toplantısı keçiriləcək

Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş rəsm sərgisi açılıb

Türkiyədə zəlzələ olub

“Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunda abidələr və tarixi yerlər günü qeyd olunub - FOTO

Yeni Kaledoniya Konqresinin nümayəndə heyətinin ölkəmizə səfərinin yekunlarına dair mətbuat konfransı təşkil olunub

Milli Məclisdə "Yeni Kaledoniya: Tarix, müasir çağırışlar və gözlənilən gələcək" mövzusunda elmi konfrans keçirilib  YENİLƏNİB

Azərbaycan Vəkillər Kollegiyasının sədri Tbilisidə keçirilən konfransda COP29-un beynəlxalq əhəmiyyətindən danışıb

İndoneziya hökuməti vulkan püskürməsindən sonra sunami ehtimalı barədə xəbərdarlıq edib

Politoloq: Fransa səfirinin geri çağırılması bu ölkədə diplomatiya səviyyəsinin aşağı düşməsinin əlamətidir – ŞƏRH

Yaxın Şərqin ən qədim mədəniyyət ocaqlarından biri – Naxçıvan

Böyük Britaniya və ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib

Qazaxıstanda sel səbəbindən 634 neft quyusunun istismarı dayandırılıb

SOCAR və “ACWA Power” şirkətləri “Aşağı karbonlu/ Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcəklər

Gürcüstanda torpaq sürüşməsi baş verib

Milli Məclisin Aqrar siyasət komitəsində ictimai dinləmə keçirilib

MDB PA-nın iclasında model qanun yaradıcılığının perspektiv planına təkliflər nəzərdən keçirilib

Avropa şirkəti “Şimal axını” boru kəmərinin partlamasına görə kompensasiya ödəməkdən imtina edib

Avstriyalı sərmayədarlar Azərbaycanda fəal işbirliyinə dəvət olunublar

® “Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir

AzTU tələbələri Azərbaycanı Portuqaliyada təmsil ediblər

İranlı narkotacirin Azərbaycandakı narkokuryerində 12 kiloqram marixuana aşkarlanıb

Aprel döyüşlərinin son şəhidi polkovnik-leytenant Sənan Axundovun xatirəsi anılıb

ADPU-da türk professorun məruzəsi dinlənilib

COP29 çərçivəsində AQEM-lə tərəfdaşlıq imkanları müzakirə edilib

Naxçıvanda akademik Rəhim Rəhimovun 100 illik yubileyi qeyd edilib

Hacıqabulda qatarın vurduğu qadın ölüb YENİLƏNİB VİDEO

Respublika Pediatriya Mərkəzi yaradılıb

Polşa şirkətlərinə Azərbaycanın investisiya potensialı təqdim olunub

MEK-in fondunda 3 minə yaxın şəhidin məlumatı sənədləşdirilib

Qərb bölgəsində Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunub VİDEO

Əqli Mülkiyyət Agentliyi: Tələbələrə iddia sənədlərinin tərtib edilməsində kömək göstərilib

“Rəqəmsallaşma və biznesin idarə edilməsində süni intellekt inqilabı” - UNEC-də beynəlxalq konfrans keçirilir

Yeni kaledoniyalı parlamentari: COP29-un dünyada iqlim dəyişiklikləri istiqamətində mövcud problemlərin həllinə töhfə verəcəyinə inanıram VİDEO

“Şəxsi arxivlərin kataloqlaşdırılması və təsvir prinsipləri” - mühazirə

“Məktəblinin dostu” layihəsinin fəaliyyətinə dair elmi araşdırmanın təqdimatı keçirilib

“Ədibin Evi”ndə “Nizami Gəncəvinin söz kainatı” mövzusu müzakirə olunub

Kaledoniyalı tarixçi: Fransanın assimilyasiya siyasəti aparmasına imkan verməyəcəyik

Tarixi abidələrimiz keçmişimizdən gələcəyə bir körpüdür

Tanışını qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Rəşad Nəbiyev Ağdaşda şəhid ailəsini ziyarət edib

Paytaxtda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb

Kaledoniyalı senator: İnanırıq ki, Azərbaycanla imzaladığımız memorandum sayəsində Fransa öz siyasətindən çəkinəcək VİDEO

Kənd təsərrüfatı naziri: Türkiyə ilə aqrar sahədə əməkdaşlıq Qarabağ və Şərqi Zəngəzur üçün də vacibdir

Omayra Naiselin: Müstəqillik uğrunda müxtəlif istiqamətlərdə mübarizə aparırıq VİDEO

Aqrar sahədə Türkiyə və Azərbaycan əməkdaşlığının perspektiv istiqamətləri müəyyən edilib

Kişi voleybolçuların Yüksək Liqasında ikinci finalçı bəlli olub

Kaledoniyalı parlamentari: Azərbaycan bizim üçün həqiqi bir nümunədir

Aİ ölkələri arasında Rusiyadan ən çox qaz alan dövlət Fransadır

Qaraciyər xəstəliklərinin müalicəsinə kömək edə bilən muncuqlar hazırlanıb

Lənkəranda Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib

Sahibə Qafarova: Fransa tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqaz regionunda da davam etdirmək niyyətindədir

Bloomberg: Rusiya sanksiyalardan yayınmaq üçün nəqliyyat dəhlizlərinin modernləşməsinə 25 milyard dollar sərmayə yatırmağa hazırlaşır

BDU aliminin yeni monoqrafiyası nəşr olunub

Kreml Fransanın mülkiyyət hüququnu pozmaqda ittiham edib

“İraq türkmanlarının ictimai, siyasi və fəlsəfi görüşləri” - dəyirmi masa

Azərbaycan ilə Çin baş prokurorluqları arasında hüquqi sahədə əməkdaşlıq genişlənir

BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş sərgi keçiriləcək

Ukrayna bu il silah-sursat alınmasına 4 milyard dollar xərcləyib

Dendrologiya İnstitutu Qazaxıstanın Botanika və Fitointroduksiya İnstitutu ilə əməkdaşlıq edəcək

Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edib

Audiovizual Şura BDU-da “Media subyektləri” mövzusunda seminar keçirib

Tural Gəncəliyev: Fransa öz gözündə tiri görmək istəmir

Şizofreniyanın müalicəsində yeni imkanlar araşdırılıb

Karlo Ançelotti Qvardiolaya qarşı unikal göstəriciyə imza atıb

Sülhməramlıların Qarabağdan çıxarılması Azərbaycanın Liderinin zərgər dəqiqliyi ilə tətbiq etdiyi diplomatiyanın məntiqi yekunudur - ŞƏRH

Komitə sədri: Fransa demokratik ideyaları məhv edir VİDEO

Polşalı professorlar BMU tələbələrinə mühazirə oxuyublar

Tələbələr Dendrologiya İnstitutunda istehsalat təcrübəsinə başlayıblar