İDMAN
"Bavariya" 31-ci dəfə Almaniya çempionu olub
Bakı, 8 may, Nicat Məmmədov, AZƏRTAC
Mayın 8-də futbol üzrə Almaniya Bundesliqasında 2020-2021-ci il mövsümünün qalibi müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, "Bavariya" ardıcıl 9, ümumilikdə isə 31-ci dəfə ölkə çempionluğunu qazanıb.
2-ci pillədə qərarlaşan "Leyptsiq"in XXXII turda Dortmundda "Borussiya"ya 2:3 hesabı ilə uduzması, Münhen təmsilçisinin qızıl medalları vaxtından əvvəl təmin etməsinə imkan verib.
Bir oyun az keçirən "Bavariya" sona 2 tura qalmış ən yaxın izləyicisini 7 xal qabaqlayır. Hans-Diter Flikin baş məşqçi olduğu komanda bu turda Mönhenqladbax "Borussiya"sını qəbul edəcək. Qarşılaşma bu gün keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [20:31]
Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turniri 21 medalla başa vurublar
- 28.03.2024 [17:57]
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib
- 28.03.2024 [17:11]
Premyer Liqa: Dörd oyuna hakim təyinatları açıqlanıb
- 28.03.2024 [17:09]
Azərbaycan ağırlıqqaldıranları üçün antidopinqlə bağlı seminar keçirilib
- 28.03.2024 [16:16]