İDMAN


"Bavariya" klubunun baş məşqçisi Hans-Diter Fliklə yeni müqavilə imzalayıb

Bakı, 4 aprel, AZƏRTAC

Almaniyanın "Bavariya" futbol klubunun baş məşqçisi Hans-Diter Fliklə yeni müqavilə imzalayıb.

AZƏRTAC xəbər verir ki, 55 yaşlı mütəxəssislə müqavilənin müddəti 2023-cü ilin iyununa kimi uzadılıb.

Qeyd edək ki, H.Flik 2019-cu ilin iyulundan Münhen təmsilçisini çalışdırır. Onun rəhbərliyi altında komanda Bundesliqada 25 turdan sonra 1-ci pillədə qərarlaşıb. "Bavariya" UEFA Çempionlar Liqasının səkkizdəbir finalında "Çelsi" ilə birinci matçda 3:0 hesabı ilə qalib gəlib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.