İQTİSADİYYAT
"Belinterekspo" gələn il Azərbaycanda sərgi təşkil etməyi planlaşdırır
Bakı, 22 noyabr, AZƏRTAC
Belarus Ticarət-Sənaye Palatasının "Belinterekspo" sərgi unitar müəssisəsi 2018-ci ildə Azərbaycanda sərgi təşkil etməyi planlaşdırır.
AZƏRTAC BELTA-ya istinadla xəbər verir ki, bu barədə müəssisənin direktoru Yevgeni Vvedenski bildirib. Direktor qeyd edib ki, müəssisə gələn il Azərbaycan, Çexiya, Keniya, Anqola, Birləşmiş Ərəb Əmirlikləri, Livan, Tacikistan, Macarıstan, Vyetnam, Rumıniya, ABŞ, Misir, Monqolustan, Oman, İraq, Suriya, Sudan və Kubada 30-dən çox sərgi keçirməyi nəzərdə tutur. Eyni zamanda, gələn il Çin və Vyetnamda Belarusun iki milli ekspozisiyası təşkil ediləcək.
Qeyd edək ki, "Belinterekspo" unitar müəssisəsi Belarusun xarici ölkələrdə milli sərgilərinin, eləcə də ölkə daxilində xarici dövlətlərin milli sərgilərinin təşkili və bir sıra xüsusi beynəlxalq sərgi layihələrinin həyata keçirilməsi ilə məşğul olur.