İDMAN


"Beşiktaş"-"Qaziantep" qarşılaşması: beş qol və üç qırmızı vərəqə

Bakı, 15 sentyabr, AZƏRTAC

Sentyabr 14-də futbol üzrə Türkiyə Superliqasının dördüncü turu çərçivəsində "Beşiktaş" səfərdə "Qaziantep"lə qarşılaşıb.

AZƏRTAC xəbər verir ki, gərgin keçən oyun hər iki tərəfin qarşılıqlı hücumları ilə yadda qalıb. Görüşün 6-cı dəqiqəsində oyunun hakimi İstanbul təmsilçisinin müdafiəçisi Domaqoy Vidanı qapı qarşısında kobud oyuna görə qırmızı vərəqə ilə cəzalandırıb. "Beşiktaş"ın qapısına təyin olunmuş onbirmetrlik cərimə zərbəsini meydan sahiblərinin hücumçusu Patrik Tvumasi məharətlə yerinə yetirib. Birinci hissə elə bu hesabla bitib.

İkinci hissənin 59-cu dəqiqəsində "Qaziantep"in hücumçusu Guray Vural hesabı 2:0-a çatdırıb. Qarşılaşmanın 75-ci dəqiqəsində hər iki komandanın futbolçularının mübahisəsinə görə hakim "Beşiktaş"ın futbolçusu Mohamed Elneniyə və meydan sahiblərinin hücumçusu Olarenvaju Kayodeyə qırmızı vərəqə göstərib.

Meydançada azlıqda qalan "Beşiktaş" 79-cu dəqiqədə qapısında daha bir qol görüb. "Qaziantep"in üçüncü qoluna yarımmüdafiəçi Raman Çibsah imza atıb. Lakin qonaqlar cəmi 4 dəqiqə sonra Umut Nayirin vuduğu qol sayəsində hesab arasındakı fərqi azaldıb. "Beşiktaş"ın yarımmüdafiəçisi Atiba Hutçinson isə komandasının ikinci qolunu vurub. Qalan vaxt ərzində hesab dəyişməyib. Beləliklə, "Beşiktaş" səfərdə "Qaziantep"ə 3:2 hesabı ilə məğlub olub.

Turun digər iki oyunu heç-heçə nəticələnib: "Başakşəhər"-"Sivasspor" – 1:1, "Antalyaspor"- "Kayserispor" - 2:2.

Hazırda "Beşiktaş" 4 xalla turnir cədvəlinin 11-ci pilləsində yer alır.

Turun digər oyunları sentyabrın 15 və 16-da keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.