"Binəqədi Gənclər Evi" sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə “Fəxri qonaq” layihəsi davam edir
AzerTAg.az
Bakı, 12 may, AZƏRTAC
Binəqədi Rayon Gənclər və İdman İdarəsinin və “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə “Fəxri qonaq” layihəsi davam edir.
İdarədən AZƏRTAC-a bildiriblər ki, Binəqədi Gənclər Evində keçirilən layihənin növbəti görüşü “Öz gücünün fərqində ol” mövzusunda “CinemaPlus” kinoteatrlar şəbəkəsinin Müşahidə Şurasının sədri Zaur Darabzadəla olub.
Tədbirdə idarənin və sosial xidmət müəssisəsinin əməkdaşları və gənclər iştirak ediblər.
Görüşdə Z.Darabzadə əvvəlcə layihə rəhbəri və tədbirin moderatoru Fərəh Quliyeva tərəfindən ünvanlanan suallar ətrafında danışıb. Azərbaycanın ilk internet radiosunun yaranma tarixçəsindən, orda qazandığı təcrübələrdən bəhs edib.
Z.Darabzadə ən böyük təcrübənin isə 2020-ci ildə deputatlığa namizəd olarkən əldə etdiyini qeyd edib.
Gənclərin suallarını səmimi şəkildə cavablandıran Z.Darabzadə onlara daim inkişaf etmək üçün oxumağı, üzərilərində işləməyi tövsiyə edib.



Xəbərin mətnində orfoqrafik səhv var