İQTİSADİYYAT


"Birlik Klubu"na qoşul, endirim və güzəştlər əldə et!

Bakı, 20 sentyabr, AZƏRTAC

"Kapital Bank" sadiq müştəriləri üçün "Birlik Klubu" layihəsini təqdim edib. Artıq Bankın kredit müştəriləri "Birlik Klubu"na qoşulmaqla bir sıra güzəştlərdən yararlanmaq imkanı əldə edirlər.

Bankdan AZƏRTAC-a bildiriblər ki, kluba üzv olan müştərilərə xüsusi üzvlük kartları təqdim edilir. Kartın növündən asılı olaraq müştərilərin aylıq kredit ödənişlərindən müəyyən məbləği bonus şəklində karta geri qaytarılır. Kredit komissiyasına endirim, illik faiz dərəcəsinə güzəşt tətbiq olunur. Həmçinin kreditin ödəniş vaxtına 6 ayadək əlavə müddət əldə etmək mümkündür.

Klub üzvlərinin qazanacağı imtiyazlar bununla yekunlaşmır. Banka aid digər faydalı təkliflər də təqdim olunacaq. "Birlik Klubu"na qoşulmaq üçün "Kapital Bank"ın istənilən filialına yaxınlaşmaq kifayətdir. Ətraflı məlumatı www.kapitalbank.az/loans/birlik-klubu?hl=az linkindən almaq olar.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan "Kapital Bank" 92 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 sorğu mərkəzinə və ya bankın müxtəlif sosial şəbəkələrdəki səhifələrinə müraciət etmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.