İDMAN


"Böyük dəbilqə" turniri: Azərbaycan komandası 1 qızıl, 1 gümüş, 2 bürünc medalla üçüncü yerdədir

Bakı, 11 may, Leyla Qurbanova, AZƏRTAC

Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan "Böyük dəbilqə" beynəlxalq turnirində ikinci günün yarışlarına yekun vurulub. Günün yekun nəticələrinə görə, Azərbaycan cüdoçuları 1 qızıl, 2 bürünc medal qazanıblar.

AZƏRTAC xəbər verir ki, qızıl medalı ölkəmizin aktivinə 73 kiloqram çəki dərəcəsində mübarizə aparan Hidayət Heydərov yazdırıb. Bürünc medalları isə eyni çəkidə Rüstəm Orucovla Telman Vəliyev qazanıb.

Digər cüdoçularımız isə mübarizəni erkən dayandırıblar.

Kişilər arasında Azərbaycan idmançısı Hidayət Heydərovla yanaşı, israilli Saqi Muki (81 kq) də fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qadınların yarışında isə Yaponiya təmsilçiləri Miku Taşiro (63 kq) və Çizuru Arai (70 kq) eyni uğura imza atıblar.

Qeyd edək ki, yarışların birinci günündə Azərbaycan cüdoçusu Nicat Şıxəlizadə (66 kq) gümüş medal qazanıb.

Ümumi nəticəyə görə Azərbaycan komandası 1 qızıl, 1 gümüş, 2 bürünc medalla üçüncü pillədə qərarlaşıb. Yaponiya komandası 2 qızıl, 2 gümüş medalla birinci, Braziliya millisi 2 qızıl, 1 bürünc medalla ikinci yerdədir.

Mayın 12-də yekun vurulacaq nüfuzlu yarışda 57 ölkədən 449 cüdoçu gücünü sınayır. Azərbaycan bu turnirdə 43 idmançı (28 oğlan, 15 qız) ilə təmsil olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.