REGİONLAR
"CDB Bank" Quba şəhərində yeni filialını istifadəyə verib
Bakı, 5 sentyabr, AZƏRTAC
"Caspian Development Bank" (CDB) ASC-nin Quba şəhərində yeni filialı açılıb.
Bankdan AZƏRTAC-a bildiriblər ki, şimal bölgəsində vətəndaşların bank xidmətlərinə olan tələbatını həyata keçirəcək "CDB Bank"nin "Quba" filialı şəhərin Heydər Əliyev prospekti, məhəllə 21 ünvanında yerləşir. Müasir bina ilə təmin olunmuş filial "CDB Bank"ın ümumi konsepti əsasında dizayn edilib və burada müştərilərin rahatlığını təmin etmək məqsədilə lazımi şərait yaradılıb. Filial müştərilərinə kassa hesablaşma əməliyyatları, kredit, əmanət, pul köçürmələri, plastik kartların sifarişi, kommunal ödənişlər, nağd valyuta ilə əməliyyatlar və digər xidmətləri əhatə edən geniş məhsul xətti təklif edir.
Filialın xidmətlərindən Quba şəhəri ilə yanaşı, qonşu rayonların sakinləri də faydalana biləcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [20:34]
Tanınmış şair, tərcüməçi Sabir Almazovun xatirəsi anılıb
- 19.04.2024 [19:30]
Güclü külək Ağstafada bir sıra fəsadlar törədib VİDEO
- 19.04.2024 [18:52]
İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib
- 19.04.2024 [18:50]
ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb
- 19.04.2024 [18:15]
“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib
- 19.04.2024 [17:38]