DÜNYA


"Çanye-5"in enmə-qalxma modulu Aya enməyə hazırlaşır

Pekin, 30 noyabr, AZƏRTAC

Çinin Aydan nümunələr gətirmək üçün orbitə çıxardığı “Çanye-5”in (Chang'e-5) kosmik aparatının enmə-qalxma modulu Yerin təbii peykinə yumşaq eniş etməyə hazırlaşır.

AZƏRTAC Çin Dövlət Kosmos Administrasiyasına istinadla xəbər verir ki, Ay orbitinə daxil olduqdan sonra "Çanye-5"in enmə-qalxma modulu Pekin vaxtı ilə səhər saat 5 radələrində kosmik aparatdan ayrılıb. Modul Ayın səthinə endikdən sonra xüsusi robotun köməyi ilə qaya və torpaq nümunələri götürəcək. Bu dövrdə "Çanye-5" Ay səthindən təxminən 200 kilometr yüksəkdəki orbitə dövr edərək, qalxma modulu gözləyək. Qalxma modulu kosmik aparatla birləşərək, topladığı nümunələri ona ötürdükdən sonra ayrılacaq. Yer və Ay arasında geometrik uyğunluq olanda kosmik aparatın geri dönən modulu Yerə qayıdacaq. Bildirilir ki, proses cədvələ uyğun davam edir.

Qeyd edək ki, noyabrın 24-də Çin Aydan nümunələr toplamaq və onları Yerə gətirmək üçün hazırladığı ilk kosmik aparatı olan “Çanye-5”i (Chang'e-5) orbitə çıxarıb. Bu, Çinin Aydan nümunələr gətirmək üçün başladığı ilk missiyadır. Çinin kosmos tarixində vacib hadisələrdən olan bu hadisə, həm də dünyada son 40 ildə Aydan nümunələr gətirmək üçün göndərilən ilk missiyadır. “Çanye-5” kosmik aparatının ağırlığı 8,2 tondur və orbitdə qalmağı, Ayın səthinə enib-qalxmağı, uçuşu və Yerə qayıtmağı təmin edəcək dörd moduldan ibarətdir. Ayın daha dəqiq öyrənilməsi məqsədi daşıyan missiyanın təxminən 20 günə başa çatması planlaşdırılıb.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.