MƏDƏNİYYƏT


"Çörək" adlı kukla tamaşası nümayiş etdirilib

Bakı, 29 iyul, AZƏRTAC

İyulun 29-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Nardaran qəsəbə Mədəniyyət Mərkəzində "Kilimarasi" kukla teatrı kollektivi qəsəbənin azyaşlı sakinləri üçün "Çörək" adlı kukla tamaşası nümayiş etdirib.

Baş İdarədən AZƏRTAC-a bildirilib ki, tamaşanı nümayiş etdirməkdə əsas məqsəd uşaqların yay tətilini səmərəli təşkili ilə yanaşı, onlara ədalət və xeyirxah hisslər, eləcə də geniş düşüncə, həmçinin cəsarətli fikir yürütmək bacarığını aşılamaqdır.

Qeyd edək ki, tamaşa uşaqlar tərəfindən maraqla qarşılanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.