MƏDƏNİYYƏT


"Çörək" adlı kukla tamaşası nümayiş etdirilib

Bakı, 13 avqust, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Kürdəxanı qəsəbə Mədəniyyət evində azyaşlı uşaqlar üçün "Çörək" adlı kukla tamaşası nümayiş etdirilib.

Baş İdarədən AZƏRTAC-a bildirilib ki, tamaşanın nümayiş olunmasında əsas məqsəd, yay tətili ilə əlaqədar uşaqların asudə vaxtlarının səmərəli keçməsini təmin etmək, həmçinin uşaqlara xeyirxah işlər görmək, vətənpərvər övlad olmaq, mədəniyyətə, incəsənətə məhəbbət aşılamaqdır.

Qeyd edək ki, H.Abbasov adına Mədəniyyət Mərkəzinin "Kilimarası” Kukla Teatrı tərəfindən təqdim edilən tamaşa uşaqlar tərəfindən böyük maraqla qarşılanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.