İDMAN


"Caspian Power": Azərbaycan idmançısı stronqmen yarışlarının dedlift mərhələsində birinci olub

Bakı, 24 may, AZƏRTAC

Bakıda keçirilən "Caspian Power" İdman Festivalı çərçivəsində stronqmen yarışlarında ikinci mərhələ - dedliftə yekun vurulub.

AZƏRTAC xəbər verir ki, gərgin idman mübarizəsi şəraitində keçən yarışda Azərbaycan idmançısı Vüsal Mərdanov 322,5 kiloqram nəticə ilə fərqlənib. İlk üçlüyü İran idmançıları tamamlayıblar. Belə ki, Mürtəza Nəsiri və Əkbər Talışi 320 kiloqramın öhtəsindən gəliblər.

Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan festival çərçivəsində stronqmenlə yanaşı, bodibildinq, mas-restlinq, cui-citsu və sumo üzrə yarışlar da keçirilir.

Festivalda 100-dək idmançı birincilik uğrunda mübarizə aparır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.