İDMAN


"Caspian Power" İdman Festivalında mas-reslinq üzrə yarışların finalçılar müəyyənləşib

Bakı, 24 may, AZƏRTAC

Heydər Əliyev adına İdman Sarayında keçirilən "Caspian Power" İdman Festivalında mas-reslinq üzrə yarışlar davam edir.

AZƏRTAC xəbər verir ki, yarışda idmançılar 2 çəki dərəcəsi - 90 və 105 kiloqram çəkidə qüvvələrini sınayırlar.

Yarışda 90 kiloqram çəki dərəcəsində finalda Avropa çempionatının mükafatçısı Xəyyam Orucov dünya çempionatının medalçısı Sultan Ağayev ilə qarşılaşacaq. Amil Qazıyev və Elton Talıbov isə bürünc medal uğrunda üz-üzə gələcəklər.

Yarışda 105 kiloqram çəki dərəcəsində qızıl medal uğrunda görüşdə dəfələrlə respublika çempionu olan atletlər Cahangir Yaqubov və Aslan Quliyev qarşılaşacaqlar. Üçüncü yer uğrunda görüşdə isə Tərxan Müzəffərov və Ceyhun Bəndəliyev qarşılaşacaqlar.

Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan festival çərçivəsində mas-reslinqlə yanaşı, stronqmen, bodibildinq, cui-citsu və sumo üzrə yarışlar da keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.