CƏMİYYƏT
"Cənubi Qafqazda Biomüxtəlifliyin İnteqrasiyalı İdarə Olunması" proqramı media nümayəndələri üçün təlim keçirir
Bakı, 16 iyun, G.Mahmudlu, AZƏRTAC
İyunun 16-da Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) "Cənubi Qafqazda Biomüxtəlifliyin İnteqrasiyalı İdarə Olunması" proqramı media nümayəndələri üçün "Təbiətin Faydalarından Bəhrələnək! - Biomüxtəliflik və Ekosistem Xidmətləri, Kütləvi İnformasiya Vasitələri üçün" mövzusunda təlimə start verib.
AZƏRTAC xəbər verir ki, təlim zamanı jurnalistlər üçün GİZ proqramı, ekosistem xidmətləri, bu sahədə idarəetmə və ictimaiyyətin iştirakı və KİV-lərin roluna dair məlumat verilir.
Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin həyata keçirdiyi proqramın məqsədi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əməkdaşlıq çərçivəsində indiki və gələcək nəsillər üçün biomüxtəliflik və ekosistem xidmətlərini qorumaq və mühafizə etməkdir.