İDMAN


"Chessable Masters”: Şəhriyar Məmmədyarov dörddəbir finala vəsiqə qazanıb

Bakı, 23 may, AZƏRTAC

Şahmat üzrə “Champions Chess Tour” onlayn seriyasının dördüncü mərhələsi olan “Chessable Masters” yarışında ilkin mərhələnin son oyunları keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov Cons Gevane (İngiltərə), David Guizarro (İspaniya) və Dinq Liren (Çin) ilə keçirdiyi hər üç görüşünü heç-heçə ilə başa vurub. Ötən 15 turda 22 xal toplayan şahmatçımız dörddəbir finala vəsiqə qazanıb.

Mayın 26-dək davam edəcək turnirin mükafat fondu 210 min ABŞ dollarıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.