DÜNYA


"Chrome" brauzerinin payı uzun müddətdən sonra ilk dəfə azalıb

Bakı, 14 sentyabr, AZƏRTAC

"Chrome" brauzerinin payı uzun müddətdən sonra ilk dəfə azalıb.

AZƏRTAC xəbər verir ki, "NetMarketShare" servisinin məlumatına görə, qlobal brauzerlər bazarında "Chrome"un payı azalıb.

2017-ci ilin avqustuna olan məlumata görə, "Chrome" brauzeri qlobal miqyasda kompüterlərin 59,38 faizində internetə çıxış üçün istifadə edilib.

"Chrome" ilk dəfə 2016-cı ilin aprelində "Internet Explorer"i geridə qoyaraq ən populyar brauzer olub. O vaxtdan etibarən "Google"un brauzeri bazar payını davamlı olaraq artırıb.

"Microsoft" şirkəti ötən ilin əvvəlində "Internet Explorer" brauzerinin 11-ci versiyası istisna olmaqla bütün versiyalarının dəstəyini dayandırdıqdan sonra "Internet Explorer" brauzerinin populyarlığı azalmağa başlayıb.

İndi ABŞ korporasiyası "Edge" adlı başqa brauzerini aktiv şəkildə tanıtdırır. Ancaq cari ilin avqustunda bu brauzerin bazar payı 0,01 faiz artaraq 5,66 faiz təşkil edib.

"Microsoft" şirkətinin bəyanatına əsasən, hazırda "Edge" brauzeri 330 milyon aktiv qurğuda quraşdırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.