İDMAN
"Coca-Cola U-13 Liqası"nda çıxış edən komandaların üzvləri "Avropa Liqası Muzeyi"ndə olublar
Bakı, 30 dekabr, AZƏRTAC
Xəbər verdiyimiz kimi, Bakıda UEFA Avropa Liqasına həsr olunmuş muzey fəaliyyət göstərir. AFFA-nın "Coca-Cola U-13 Liqası"nda çıxış edən futbol komandalarının üzvləri muzeyi ziyarət ediblər.
AZƏRTAC xəbər verir ki, qeyd olunan komandalar üçün AFFA tərəfindən əyləncəli proqram təşkil edilib. Əvvəlcə paytaxtın tanınmış məkanlarından birində yemək süfrəsi arxasında toplaşan kiçik yaşlı futbolçular daha sonra "Avropa Liqası Muzeyi"ndə sərgilənən eksponatlarla tanış olublar.
Yanvarın 7-dək fəaliyyət göstərəcək muzeydə AFFA tərəfindən digər yaş qruplarına aid komandalar üçün də analoji tədbirlər keçiriləcək.
Xatıraldaq ki, saat 15:00-dan 22:00-dək ictimaiyyətə açıq olacaq muzeyə giriş ödənişsizdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [20:31]
Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turniri 21 medalla başa vurublar
- 28.03.2024 [17:57]
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib
- 28.03.2024 [17:11]
Premyer Liqa: Dörd oyuna hakim təyinatları açıqlanıb
- 28.03.2024 [17:09]
Azərbaycan ağırlıqqaldıranları üçün antidopinqlə bağlı seminar keçirilib
- 28.03.2024 [16:16]