MƏDƏNİYYƏT


"Coker-2" filminin premyera tarixi açıqlanıb

Bakı, 4 avqust, AZƏRTAC

“Warner Bros” kino şirkətinin “Coker-2” filminin premyerasının 2024-cü il oktyabrın 4-də olacağı açıqlanıb.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, Todd Phillips “Coker-2” filminin rejissoru olmaqla yanaşı ssenarini də Skott Silver ilə birlikdə yazıb. Bəzi məlumatlara görə tanınmış ifaçı Ledi Qaqa bu layihədə iştirak edir, lakin onun film personajı ilə bağlı təfərrüatları hələ ki, açıqlanmayıb.

Qeyd edək ki, T.Phillipsin "Coker" filminin ilk əsas bölümü kino tarixində 1 milyard dollardan çox gəlir əldə edən ən reytinqli film kimi yadda qalıb. Həmin ekran əsəri “Ən yaxşı film” və “Ən yaxşı rejissor” daxil olmaqla 11 “Oskar” nominasiyasına namizəd olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.