SİYASƏT


"Cronimet" şirkətinə sertifikat verən firmalara şikayət edilib

Bakı, 27 iyul, AZƏRTAC

Alman–Azərbaycan Mədəniyyət Mərkəzi və Kölndəki Azərbaycan Evi ölkəmizin işğaldan azad edilmiş Zəngilan rayonundan keçən və Araz çayına tökülən Oxçuçayın kütləvi şəkildə çirkləndirilməsində məsuliyyət daşıyan "Cronimet" alman şirkətinə sertifikat verən firmalara şikayət məktubu ilə müraciət ünvanlayıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, məktubda mədən sənayesi sahəsində fəaliyyət göstərən "Cronimet" şirkətinin ferro-titan maddəsindən istifadə etdiyi qeyd olunub. Oxçuçaya tökülən sənaye tullantılarında da bu maddə aşkarlanıb. Bu maddədən istifadə etmək üçün hər bir şirkət sertifikat əldə etməlidir və göstərilib ki, "Cronimet" şirkətinin malik olduğu 7-8 sertifikatın 3-ü alman mənşəlidir. Oxçuçayın çirkləndirilməsi, ətraf mühit, flora və fauna, insan sağlamlığı üçün yaranmış təhlükəli vəziyyət bir daha göstərir ki, "Cronimet" şirkəti ətraf mühitin qorunması və ekoloji təhlükəsizlik qaydalarına əməl edilməsi ilə bağlı sertifikat verən şirkətlər qarşısında götürdüyü öhdəlikləri yerinə yetirmir.

Soydaşlarımız yaranmış vəziyyətlə əlaqədar "Cronimet" şirkətinə sertifikat verən firmalardan müvafiq tədbirlər görməyi tələb ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.