İDMAN


"Dənizlispor" klubu "Neftçi"nin hücumçusu ilə maraqlanır

Bakı, 24 sentyabr, AZƏRTAC

Bakının “Neftçi" futbol klubunun legioneri Türkiyə komandalarının maraq dairəsinə düşüb. Söhbət Yusuf Lavaldan gedir.

AZƏRTAC xəbər verir ki, Avropa Liqasının ikinci təsnifat mərhələsində Bakıda “Qalatasaray” klubu ilə oyunda yaxşı təsir bağışlayan futbolçu ilə “Dənizlispor” klubu maraqlanır. Klub nümayəndələri Y.Lavalın çıxışını diqqətdə saxlayırlar.

Nigeriyalı oyunçu özünü yaxşı tərəfdən göstərməkdə davam etsə, klub nümayəndələri “Neftçi” ilə danışıqlara başlayacaqlar

Qeyd edək ki, “Dənizlispor”un baş məşqçisi vaxtilə milli komandamızda çalışmış Robert Prosineçkidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.