CƏMİYYƏT


"Deutche Welle" Azərbaycandakı dini tolerantlıqla bağlı reportaj hazırlayıb

Bakı, 13 may, AZƏRTAC

Almaniyanın nüfuzlu "Deutche Welle" telekanalı Azərbaycandakı dini tolerantlıqla bağlı reportaj hazırlayıb. Reportajda ölkəmizdəki dini tolerantlıq ənənələrindən danışan Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktorunun müavini Rəfi Qurbanov qeyd edib ki, tarixən Azərbaycan müxtəlif dinlərin, sivilizasiyaların məkanı olub. Azərbaycanda müxtəlif mədəniyyətlərin nümayəndələri əsrlərboyu sülh, dialoq və qarşılıqlı anlaşma şəraitində yaşayıblar.

AZƏRTAC xəbər verir ki, müsahibədə Azərbaycan tolerantlığının özünəməxsusluğundan söz açan icraçı direktorun müavini diqqətə çatdırıb ki, ölkəmizdə dini zəmində heç zaman münaqişə baş verməyib, məzhəblərarası həmrəylik hər zaman yüksək səviyyədə olub və bu gün də qorunub saxlanmaqdadır. Buna nümunə kimi vəhdət namazlarını, Fondun təşkilatçılığı ilə keçirilən "Vəhdət dəyərimizdir" layihəsini və s. göstərmək olar.

Azərbaycanın mədəni müxtəlifliyinin təntənəsinin digər nadir nümunələrindən birinin də yəhudi mədəniyyətinin müsəlmanlar tərəfindən qorunub saxlanılması olduğunu vurğulayan Rəfi Qurbanov bildirib ki, sinaqoqların, yəhudi uşaqları üçün bağça və məktəblərin fəaliyyət göstərməsi burada müxtəlif mədəniyyətlərin harmoniyasından xəbər verir.

Diqqətə çatdırıb ki, multikultural dəyərlərin və tolerantlıq ənənələrinin qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsi vacibdir. Bu gün Azərbaycanın tolerantlıq nümunəsinin qorunub saxlanılması təkcə bizim coğrafiyamız deyil, bütün dünya üçün əhəmiyyət kəsb edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.