MƏDƏNİYYƏT


"Disney" abunəçilərin sayına görə "Netflix" şirkətini üstələyib

Bakı, 12 avqust, AZƏRTAC

"Disney"in videoyayım platforması abunəçilərin sayına görə "Netflix" şirkətini üstələyib.

AZƏRTAC daily.afisha.ru saytına istinadla xəbər verir ki, bu ilin üçüncü maliyyə rübünün yekunlarına əsasən, "Disney" xidmətlərindən istifadə edənlərin sayı 221,1 milyon nəfərə yüksəlib. "Netflix" isə 220,67 milyon abunəçisi olduğunu bildirib.

"Disney" yayımına Disney+ (152 milyon), ESPN+ (22,8 milyon) və Hulu + Live TV (46,2 milyon) daxildir.

Qeyd edək ki, bu ilin birinci rübü ərzində, yanvardan mart ayına qədər "Netflix" qlobal istifadəçi sayında ilk dəfə azalma ilə üzləşərək 200 min abunəçisini itirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.