İQTİSADİYYAT


"Doing Business" hesabatında Azərbaycanın mövqeyinin yüksəldilməsi ölkəmizə kapital qoyuluşunu artıracaq

Bakı, 1 noyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin son illər apardığı intensiv və məqsədyönlü islahatlar iqtisadi profilli beynəlxalq reytinq agentlikləri, müstəqil ekspertlər və xarici investorlar tərəfindən yüksək qiymətləndirilir. Bütün bunların bariz nümunəsi "Doing Business" hesabatında ölkəmizin mövqeyinin 8 pillə artaraq 57-ci pilləyə yüksəlməsidir.

Bu fikri İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin analitiki Nicat Hacızadə AZƏRTAC-a müsahibəsində deyib.

Analitik bildirib ki, hesabatdan da göründüyü kimi, sözügedən beynəlxalq indeks tərəfindən Azərbaycanda aparılan həm hüquqi qanunvericilik, habelə biznes mühitinin əlverişliyinin daha da yaxşılaşdırılması istiqamətində islahatlar məxsusi olaraq qeyd edilib. Bu, beynəlxalq reytinq agentliklərinin Azərbaycanda aparılan islahatlara xüsusi diqqət yetirdiklərini və izlədiklərini göstərir.

"Mövqeyimizin yüksəldilməsində sahibkarlıq mühiti ətrafında cərəyan edən bütün proseslər öz əksini tapıb. Belə ki, minoritar investorların hüquqlarının qorunması, vergilərin ödənilməsi, müqavilələrin icrası, daşınmaz əmlakın qeydiyyata alınması, o cümlədən elektrik enerjisinə əlçatanlıq üzrə mövqeyimizin yüksəldilməsi üzrə Azərbaycanda aparılan islahatlar həm sahibkarların fəaliyyətinə müsbət mənada təsir edib, həmçinin beynəlxalq indekslərdə mövqeyimizi gücləndirib və artırıb. Müsbət mənada qeyd etmək lazımdır ki, mövqeyimizin yüksəldilməsi həm Azərbaycanda yerli investorların biznes fəaliyyətini bir qədər stimullaşdıracaq, həmçinin xarici investorların ölkəmizə kapital qoyuluşunu artıracaq", - deyə N.Hacızadə diqqətə çatdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.