İQTİSADİYYAT
"Dövlət satınalmaları: metodlar və onların tətbiqi şərtləri" mövzusunda növbəti təlimlər keçirilib
Bakı, 30 sentyabr, AZƏRTAC
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin təşkilatçılığı ilə "Dövlət satınalmaları: metodlar və onların tətbiqi şərtləri" mövzusunda növbəti təlimlər keçirilib. Təlimlərdə 100-dən çox mütəxəssis iştirak edib.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iştirakçılara dövlət satınalmaları sahəsində mövcud qanunvericilik, satınalma prosesində rəqabət, ədalət və şəffaflığın təmini, satınalma prosedurlarına əməl olunması və səmərəliliyin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilib, təlim iştirakçılarının sualları cavablandırılıb.
Qeyd edək ki, təlimlər dövlət vəsaitlərindən daha səmərəli istifadə edilməsi, dövlət satınalmalarına cəlb olunan mütəxəssislərin ixtisas səviyyəsinin və nəzəri biliklərinin artırılması məqsədilə təşkil olunur.