"Ekspert saatı”na izləyici tərəfindən daxil olan şikayət araşdırılıb
AzerTAg.az
Bakı, 11 sentyabr, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi Facebook səhifəsində canlı yayımlanan “Ekspert saatı”na izləyici tərəfindən Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsinin ərazisinə tullantıların atılması və ətrafa iy-qoxunun yayılması ilə bağlı ünvanlanan şikayət Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırılıb.
Xidmətin rəis müavini Ramal Bağırov AZƏRTAC-a bildirib ki, araşdırma zamanı həmin ərazidə fəaliyyət göstərən "Servis-N" MMC-yə məxsus tullantıların əraziyə atılaraq qalaqlandığı faktı təsdiqini tapıb.
O deyib: “Faktla bağlı Servis-N" MMC barəsində protokol tərtib olunub və cəmiyyətin hüquqi şəxs qismində 6500 manatdan 8000 manatadək cərimələnməsi üçün toplanmış sənədlər Sumqayıt Şəhər Məhkəməsinə göndərilib.

Xəbərin mətnində orfoqrafik səhv var