İQTİSADİYYAT


"Enterprise Azerbaijan" portalı "Startup marketing" mövzusunda təlim keçirib

Bakı, 11 yanvar, AZƏRTAC

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində "Enterprise Azerbaijan" portalının təşkilatçılığı ilə "Startup marketing: ideya, məhsul və inkişaf strategiyası" mövzusunda təlim keçirilib.

Mərkəzin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, "Enterprise Azerbaijan" portalının meneceri Aytən Məmmədova təlimin startapçıların ideya və layihələrini inkişaf etdirməsi üçün əsas vasitə və alətlərin nədən ibarət olduğunu gənc startapçılara çatdırmaq məqsədi daşıdığını bildirib. Qeyd edilib ki, portalın da əsas qayəsi iştirakçılara həm məlumatlandırma baxımından, həm də akselerator olaraq rol göstərməkdən ibarətdir. Gənc sahibkarlarla və startapçılarla dünya təcrübəsini bölüşmək məqsədilə belə təlimlər mütəmadi olaraq həyata keçiriləcək.

Digital Marketinq Mərkəzinin direktoru Ramil Cabbarovun apardığı təlimdə iştirakçılara rəqəmsal marketinq, ənənəvi marketinq və marketinqdə ölçmə hesabatları ilə bağlı yeni məlumatlar təqdim edilib. Təlimdə əsasən Azərbaycanda fəaliyyət göstərən startapçıların, kiçik və orta sahibkarların öz ideya və layihələrini xarici investorlara tanıdılması istiqamətində atmalı olduğu addımlar barədə danışılıb.

UNEC Digital Marketinq Mərkəzinin direktoru Ramil Cabbarov əlavə edib ki, startapların uğur qazanması üçün ilk öncə diqqət edilməli amil ideyanın hər hansı problemi həll etməsi və istehlakçılar üçün fayda qazandırmasıdır. Bununla bağlı düzgün istiqaməti müəyyənləşdirmək üçün bazar və istehlakçı davranışları üzrə dərin marketinq araşdırmalarının aparılması tələb olunur. Bu anlamda marketinq startap üçün təbliğat, informasiya mübadiləsi, doğru mövqelənmə, məhsulun inkişafı, bazarda seqmentləşdirmə kimi bir çox dəstəkləyici funksiyaları daşımaqdadır.

Qeyd edək ki, "Startup marketing: ideya, məhsul və inkişaf strategiyası" mövzusunda keçirilən təlimə 20-dən çox kiçik və orta sahibkarlıq fəaliyyəti göstərən şirkətin nümayəndəsi qatılıb.

Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.