İDMAN


"Eybar"ın qapıçısı Marko Dmitroviç La Liqanın tarixinə düşüb

Bakı, 23 yanvar, AZƏRTAC

İspaniyanın "Eybar" futbol klubunun qapıçısı Marko Dmitroviç La Liqanın tarixinə düşüb.

AZƏRTAC xəbər verir ki, 29 yaşlı qolkiper XIX turda "Atletiko" (Madrid) ilə matçda penaltini dəqiq yerinə yetirib.

Serbiyalı futbolçu 2011-ci ilin fevralından ölkə çempionatında qol vuran ilk qapıçıdır. La Liqada son olaraq "Almeriya" ilə görüşdə "Deportivo"nun qapıçısı Dani Aransubiya fərqlənib.

Qapıçı həm də 18 ildən sonra penaltidən fərqlənən ilk çərçivə qoruyucusudur. 2003-cü ildə "Las Palmas"ın qolkiperi Naço Qonsales "Atletik"lə qarşılaşmada penaltini dəqiq yerinə yetirib. Bu vaxta qədər İspaniya çempionatında 7 qapıçı qol vura bilib.

Qeyd edək ki, "Eybar" "Atletiko"ya 1:2 hesabı ilə uduzub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.