İDMAN
"FIDE Grand Swiss"in keçiriləcəyi tarixlər məlum olub
Bakı, 16 noyabr, AZƏRTAC
Növbəti "FIDE Grand Swiss" şahmat turniri Böyük Britaniyanın Men adasında keçiriləcək.
AZƏRTAC xəbər verir ki, turnir 2021-ci il oktyabrın 25-dən noyabrın 8-dək baş tutacaq. Ümumilikdə, 164 şahmatçının mübarizə aparacağı yarışın mükafat fondu 550 min ABŞ dolları təşkil edəcək.
İştirakçılara gəlincə, "Open" turnirdə 114 şahmatçı mübarizə aparacaq. Bunlardan 100-ü FIDE reytinqinin sıralamasında ilk yüzlükdə qərarlaşan şahmatçılar olacaq. Doqquz şahmatçı FIDE-nin dəvəti ilə turnirə qatılacaq. Qalan beş iştirakçı isə yerli şahmatçılar olacaqlar. Əsas yarışdan əlavə 40 şahmatçının iştirakı ilə qadınlarının "Grand Swiss" turniri də keçiriləcək.
Onu da qeyd edək ki, "Open" yarışında ilk iki yeri tutan şahmatçılar növbəti iddiaçılar turnirinə birbaşa vəsiqə qazanacaqlar. Qadınların turnirində isə bu vəsiqələrin sayı yalnız bir olacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [19:57]
Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub
- 19.04.2024 [19:15]
Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb
- 19.04.2024 [18:07]
FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub
- 19.04.2024 [17:43]
Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib
- 19.04.2024 [16:23]
Fransalı gimnast: Bakı çox ecazkar və müasir şəhərdir
- 19.04.2024 [16:01]
Azərbaycan gimnastı: Karyeramda ən böyük dəstəkçim anamdır
- 19.04.2024 [15:55]
“Qəbələ” israilli futbolçu ilə vidalaşıb
- 19.04.2024 [15:51]
PFL-in prezidenti: Qəzadan sonra 9 dəfə əməliyyat olundum - MÜSAHİBƏ
- 19.04.2024 [15:19]