İDMAN


"Fənərbağça" doğma meydanda xal itirib

Bakı, 5 mart, AZƏRTAC

Futbol üzrə Türkiyə çempionatının XXVIII turunun sonuncu qarşılaşmasında "Fənərbağça" doğma meydanda "Antalyaspor"u qəbul edib.

AZƏRTAC xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən görüşdə qalib müəyyənləşməyib - 1:1. Antalya təmsilçisinin qolunu Fredi, İstanbul klubunun qolunu isə Enner Valensiya vurub.

Günün digər matçında "Kasımpaşa" öz meydanında "Trabzonspor"a 2:1 hesabı ilə məğlub olub. "Alanyaspor" - "Göztəpə" (1:1) matçında isə qalib müəyyənləşməyib.

Hazırda Türkiyə superliqasının turnir cədvəlinə 57 xalla "Qalatasaray" başçılıq edir. İkinci pillədə onunla eyni xala malik olan "Beşiktaş", üçüncü pillədə isə 55 xal toplayan "Fənərbağça" qərarlaşıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.