CƏMİYYƏT


"Fəxri qonaq" layihəsində növbəti görüş paracüdoçu İlham Zəkiyev ilə olacaq

Bakı, 16 may, AZƏRTAC

Binəqədi Rayon Gənclər və İdman İdarəsinin və "Binəqədi Gənclər Evi" sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə "Fəxri qonaq" layihəsi davam edir.

Binəqədi Rayon Gənclər və İdman İdarəsindən AZƏRTAC-a bildiriblər ki, mayın 20-də Binəqədi Gənclər Evində keçiriləcək olan layihənin növbəti görüşü "İdman əngəl tanımır" mövzusunda Azərbaycanın paracüdoçusu İlham Zəkiyev ilə olacaq.

İ.Zəkiyev Azərbaycan ikiqat Paralimpiya Oyunları çempionu, ikiqat dünya çempionu və yeddiqat Avropa çempionu, Avropa Oyunlarının çempionu, Əməkdar İdman Ustası, 6-cı dan sahibi, Qarabağ müharibəsi əlili və qazisidir.

Görüşdə iştirak etmək istəyənlər Binəqədi Rayon Gənclər və İdman İdarəsinin feysbuk səhifəsinin mesaj qutusuna yaza bilərlər.

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.