CƏMİYYƏT


“Gələcək üçün” ümumrespublika marafonu çərçivəsində növbəti görüş Azərbaycan Dillər Universitetində keçirilib

Bakı, 23 aprel, AZƏRTAC

Gənclər üçün Təhsil Mərkəzi (GTM) tərəfindən keçirilən “Gələcək üçün” ümumrespublika marafonu çərçivəsində növbəti görüş Azərbaycan Dillər Universitetinin tələbələri ilə keçirilib.

GTM-dən AZƏRTAC-a bildiriblər ki, “Gələcək üçün” ümumrespublika marafonunun məqsədi ölkə rəhbərliyi tərəfindən həyata keçirilən islahatlara ictimai dəstək vermək, vətəndaş öhdəliyi və prinsiplərinin gənclər ordusuna təbliğ etməkdir.

Gənclər üçün Təhsil Mərkəzinin direktoru Fəxrəddin Həsənzadə marafon iştirakçılarını salamlayaraq bildirib ki, rəhbəri olduğu marafonun məqsədi idarəetmə sisteminin modernləşərək vətəndaşyönümlü prinsiplə təşkil olunmasını təbliğat şüarına çevirməkdir. Bu istiqamətdə əsas milli fəaliyyət planı ölkədə insan kapitalının inkişafına xidmət edən səriştəli mütəxəssislərin formalaşdırılmasıdır. Məhz bu baxımdan islahatlar Azərbaycan insanının maraqlarına yönəlib.

Sonra “İnsan mühəndisliyi” proqramı çərçivəsində “Gələcək üçün məsuliyyətli vətəndaş olmaq” və “İnsan kapitalı” mövzusunda təlim keçirilib.

Marafon respublikanın bütün ali təhsil müəssisələrini əhatə edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.