MƏDƏNİYYƏT
"Gələcəyə gedən yolda…" filmində xalq yazıçısı Qılman İlkinin yaradıcılığından söz açılır
Bakı, 11 iyul, AZƏRTAC
"Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) "Azərbaycantelefilm" Yaradıcılıq Birliyində xalq yazıçısı Qılman İlkinə həsr olunan sənədli televiziya filminin çəkilişləri başa çatıb.
QSC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki,
"Gələcəyə gedən yolda…" filmində xalq yazıçısı Qılman İlkinin yaradıcılığından söz açılır. Filmdə yazıçının xronikanın yaddaşına həkk olunmuş çıxışları və əsərləri əks olunub.
Filmin ssenari müəllifi Camal Yusifzadə, rejissoru Hatəm Əsgərov, operatoru Zahid Bağırovdur.
Qeyd edək ki, ədəbiyyat tariximizdə özünəməxsus mövqeyə malik sənətkarlardan biri kimi uzun illər ərzində çoxcəhətli səmərəli fəaliyyət göstərmiş və zəngin Azərbaycan nəsrinin realist ənənələri zəminində yaratdığı qiymətli əsərləri ilə milli mədəniyyətin inkişafına töhfələr vermiş Qılman İlkinin 100 illik yubileyi 2014-cü ildə ölkə başçısının müvafiq Sərəncamı ilə təntənəli şəkildə qeyd olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.04.2023 [18:14]
Teatr forumunun vaxtı dəyişdirilib
- 06.04.2023 [21:40]
“Azərbaycan sənədli kino salnaməsi” çərçivəsində növbəti tədbir
- 03.04.2023 [12:47]
Operasevərlər üçün “Bohema” növbəti dəfə
- 03.04.2023 [11:30]
“Jizel” baleti növbəti dəfə səhnədə
- 03.04.2023 [11:22]
Vladivostok teatrı doqquz gün Bakının qonağı olacaq
- 30.03.2023 [14:27]
Muğam Mərkəzinin səhnəsində premyera - “Meyvələrin söhbəti”
- 30.03.2023 [12:19]
Nicat Kazımovun 50 illik yubileyinə həsr olunan sənədli film təqdim olunub
- 29.03.2023 [17:49]