CƏMİYYƏT


"Gələcəyə nəfəs" kampaniyası çərçivəsində Laçında 1111 ağac əkilib VİDEO

Laçının deqradasiyaya uğramış ərazilərinin bərpasına başlanılıb

Laçın, 11 noyabr, Göyçək Mahmudlu, foto Tofiq Babayev, AZƏRTAC

Noyabrın 11-də "Gələcəyə nəfəs" kampaniyası çərçivəsində Laçında ağacəkmə aksiyası keçirilib.

AZƏRTAC xəbər verir ki, aksiya çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “Bakı Abadlıq Xidməti” Məhdud Məsuliyyətli Cəmiyyətinin əməkdaşlarının iştirakı ilə Laçın rayonunda 1111 ağac əkilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin şöbə müdiri Vahid Fərzəliyevin sözlərinə görə, bugünkü aksiya zamanı yanğına məruz qalmış ərazilərdə sərv, çinar, şam, ardıc ağacları əkilib "Laçın rayonu ərazisində yandırılmış, kəsilmiş, deqradasiyaya uğramış xeyli meşəlik ərazi var. Həmin ərazilərin bərpasına başlanılıb".

Aksiyada iştirak edən “Bakı Abadlıq Xidməti”nin nümayəndəsi Nilay Soyur Laçının təbiətinə valeh olduğunu deyib: "Qardaş ölkə Azərbaycanın azad edilən ərazilərinin bərpasında iştirak etmək üçün Türkiyədən gəlmişəm. Yolboyu gördüyüm dağıntılar, işğal dövründə təbiətə tutulan divan sözün əsl mənasında ürəyimi ağrıtdı. Biz xüsusilə Laçının təbiətini bərpa etmək, yenidən canlandırmaq niyyətindəyik. Bərpa tədbirlərinə yeni başlamışıq, işimizi sona ça tdırdıqdan sonra burada fərqli mənzərənin yaranacağına inanıram".

Xatırladaq ki, "Gələcəyə nəfəs" kampaniyasına 2019-cu ildə qardaş Türkiyədə başlanılıb. Belə ki, hər il noyabrın 11-i Türkiyədə Milli Ağaclandırma Günü kimi qeyd olunur.

Qardaş Türkiyənin "Gələcəyə nəfəs!" şüarı altında hər il noyabrın 11-də keçirdiyi genişmiqyaslı ağacəkmə aksiyası ölkəmizdə də ənənəyə çevrilib.

Azərbaycan bu il də keçirilən genişmiqyaslı ağacəkmə kampaniyasına Qarabağ və Şərqi Zəngəzur bölgəsi də daxil olmaqla, bütün ölkə ərazisində 111 min 111 ağac əkməklə növbəti dəfə töhfə verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.