İDMAN


"Grand Prix 2019": Şəhriyar Məmmədyarov Radoslav Voytaşek, Teymur Rəcəbov Hikaru Nakamura ilə mübarizə aparır

Bakı, 17 may, AZƏRTAC

Bu gün Moskvada Beynəlxalq Şahmat Federasiyasının (FIDE) və "World Chess" şirkətinin birgə təşkilatçılığı ilə "Grand Prix 2019" seriyasının birinci mərhələsi start götürür.

AZƏRTAC xəbər verir ki, bu ildən başlayaraq yeni formatda keçirilən seriya turnirində Azərbaycanı qrossmeysterlərimiz Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov təmsil edirlər. Birinci turda Ş.Məmmədyarov polşalı Radoslav Voytaşek, T.Rəcəbov amerikalı Hikaru Nakamura ilə mübarizə aparır.

Qeyd edək ki, Şəhriyar Məmmədyarov "Grand Prix 2019" seriyasının birinci mərhələsinin reytinq favoritidir. Şahmatçımız 2017-ci ildə keçirilən sonuncu "Grand Prix" seriyasının qalibi olub.

Digər təmsilçimiz Teymur Rəcəbov isə ötən seriyanı üçüncü pillədə başa vurub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.