MƏDƏNİYYƏT


"Günlərdən ŞEİR" adlı layihənin növbəti qonağı Təbriz şairləri olub

Bakı, 20 oktyabr, AZƏRTAC

Oktyabrın 20-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının nəzdində fəaliyyət göstərən “Açıq kitabxana”da "Günlərdən ŞEİR" adlı layihənin növbəti iştirakçıları ilə görüş keçirilib. Layihənin budəfəki qonaqları Təbriz şairləri - Fəranək Fərid, Sima Ciddi, Mina Zeynali, Zəhra Təhmasibzadə və AYB-in şöbə müdiri Sayman Aruz olub.

AZƏRTAC xəbər verir ki, layihə Mədəniyyət və Turizm Nazirliyi, İLESAM - Azərbaycan, Milli Kitabxana və AYB Müşfiq Komissiyasının birgə təşkilatçılığı ilə həyata keçirilir.

Tədbirdə kitabxananın direktoru, professor Kərim Tahirov və AYB-in mətbuat katibi, şair Xəyal Rza çıxış edərək Təbrizdən gələn şairlər haqda qısa məlumat verib, bu günlərdə keçirilən bütün mədəni tədbirlərdə onların da iştirak etdiyini vurğulayıblar.

Sayman Aruz kitabxananın rəhbərliyinə bu layihəyə dəstək olduğu üçün təşəkkürünü bildirib, bütün türkdilli yazarların Azərbaycana gələrək türk ədəbiyyatının bir hissəsinə çevrilə bilmələri üçün şərait yaradıldığını qeyd edib.

“The first” mükafatına layiq görülmüş “İpək” təxəllüsü ilə şeirlər yazan Fəranək Fərid ədəbiyyat nümayəndələrinə minnətdarlığını bildirib, şeirlərindən nümunələr səsləndirib. Sonra Səid Muğanlı, Səhər Bərani, Alma Muğanlı şeirlərini oxuyublar. Bədii qiraət ustası Zəhra Təhmasib Müjgan xanım və Mərziyə Əhmədinin yaradıcılığına məxsus şeirləri səsləndirib.

Sonda Kərim Tahirov bu günlərdə Təbrizdə səfirlik tərəfindən yaradılacaq Azərbaycan Evinə ədəbiyyatımıza dair 180 nüsxə kitab göndərildiyini və bu yaxında baş tutacaq Təbriz Kitab Sərgisində də kitabxananın iştirak edəcəyini deyib, bir daha qonaqlara təşəkkürünü bildirib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.