CƏMİYYƏT
"Gürcüstan" qəzetində "Azərbaycan: uğurlu islahatlar ölkəsi" adlı məqalə dərc olunub
Tbilisi, 15 aprel, AZƏRTAC
Gürcüstanda geniş oxucu auditoriyasına malik "Gürcüstan" qəzetində AZƏRTAC-ın xüsusi müxbiri Xətayi Əzizovun "Azərbaycan: uğurlu islahatlar ölkəsi" adlı məqaləsi dərc olunub.
Məqalədə 2018-ci ilin aprelində keçirilən prezident seçkilərində İlham Əliyevin parlaq qələbəsindən sonra ölkəmizdə aparılan uğurlu siyasətə nəzər salınır. Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan islahatların insanların həyat şəraitinin, sosial rifah halının yaxşılaşmasına xidmət etdiyi vurğulanır. Qeyd olunur ki, Prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində ölkə əhalisinin sosial problemləri öz həllini tapıb.