DÜNYA


"Honda" 774 min avtomobili yanacaq çənindəki nasazlığa görə geri çağırır

Pekin, 31 may, AZƏRTAC

Yaponiyanın tanınmış avtomobil istehsalçısı olan “Honda” Çin bazarında satdığı 774 min avtomobili yanacaq çənindəki nasazlıqlara görə geri çağırır.

AZƏRTAC Çinin Dövlət Bazar Tənzimlənməsi Administrasiyasına istinadla xəbər verir ki, geri çağırılan avtomobillər 2018-ci ilin iyul-dekabr ayında istehsal edilən “Acura", "Greiz", "Gienia", "Civic" və “Spirior” modelləridir.

Bildirilir ki, nasaz detallar "Honda"nın Çindəki müştərək müəssisələri olan "GAC Honda" və "Dongfeng Honda" tərəfindən yoxlanılacaq və ehtiyac olacağı təqdirdə dəyişdiriləcək.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.