Azərbaycan Dövlət İnformasiya Agentliyi

"Hüseyn Cavid yaradıcılığında ideallar və müasir dövr" mövzusunda beynəlxalq elmi konfrans keçirilib

Bakı, 13 dekabr, AZƏRTAC 

Dekabrın 13-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində Humanitar Elmlər Bölməsi, İctimai Elmlər Bölməsi və Hüseyn Cavidin Ev Muzeyinin birgə təşkilatçılığı ilə görkəmli şair və dramaturq Hüseyn Cavidin 135 illik yubileyinə həsr olunmuş "Hüseyn Cavid yaradıcılığında ideallar və müasir dövr" mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Hüseyn Cavidin həyat və yaradıcılığına həsr olunmuş sərgi ilə tanış olublar.

AMEA-nın prezidenti, akademik Akif Əlizadə konfransın Prezident İlham Əliyevin "Böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin 135 illik yubileyinin keçirilməsi haqqında" Sərəncamına əsasən təşkil olunduğunu bildirib. Qeyd edilib ki, Hüseyn Cavidin yaradıcılığı, bütün fəaliyyəti Azərbaycan xalqının mədəniyyətini yüksəklərə qaldırmaqdan ibarət olub. Akademik yeni nəslin düşüncəsində, dünyagörüşündə Cavid obrazının canlanmasında, onun müasirimizə çevrilməsində ulu öndər Heydər Əliyevin böyük xidmətləri olduğunu xatırladıb. Ümummilli Liderin təşəbbüsü ilə 1982-ci ildə dramaturqun nəşinin Azərbaycana gətirilərək doğulduğu Naxçıvan torpağında dəfn edilməsinin ədəbiyyatımız, mədəniyyətimiz, xalqımız üçün əlamətdar hadisə olduğu bildirilib. Ulu öndər Heydər Əliyevin ədibin irsinə daim yüksək dəyər verdiyini deyən akademik bu diqqətin Prezident İlham Əliyev tərəfindən davam etdirildiyini, görkəmli alimin 135 illik yubileyinin dövlət səviyyəsində qeyd edilməsinə dair Sərəncamın Hüseyn Cavid irsinə diqqətin göstəricisi olduğunu bildirib.

Konfransda AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli "Böyük mütəfəkkir şair Hüseyn Cavid haqqında söz" mövzusunda məruzə ilə çıxış edib. Dramaturqun həyat və yaradıcılığından danışan akademik onun fəaliyyətə şeirlə başladığını, ilk pyesi "Ana"nı 1910-cu ildə yazdığını bildirib. Qeyd edilib ki, 1937-ci ilədək 20-dən çox pyes yazan Cavid Azərbaycan ədəbiyyatında mənzum dramın əsasını qoyub. Onun yaradıcılığındakı fəlsəfi və tarixi faciələr Azərbaycan dramaturgiyasında yeni mərhələ yaratdığı kimi, milli teatr mədəniyyətinin inkişafına da təsir göstərib. Akademik sənətkarın ədəbiyyatımızda mühüm rolundan, şair, dramaturq və istedadlı pedaqoq kimi yaradıcılığından söz açıb, "İblis", "Peyğəmbər", "Şeyx Sənan" və digər əsərləri ilə Azərbaycan ədəbiyyatında özünəməxsus yer tutduğunu vurğulayıb.

Akademik qeyd edib ki, Cavid XX əsrdə Azərbaycanda türkçülük məfkurəsini daha yüksək zirvəyə qaldıran böyük ideoloq və bu ideyaları ədəbiyyata gətirən dahi şəxsiyyət olub. Hüseyn Cavid irsinin müxtəlif dilə, dini etiqada və mədəniyyətə malik insanların çoxmədəniyyətlilik, çoxdillilik, çoxetiqadlılıq şəraitində bir-birinə münasibətdə xoşrəftarlılığı təlqin etdiyini söyləyən İ.Həbibbəyli vurğulayıb ki, onun yaradıcılığının milli və coğrafi hüdudları, məkan və zaman çərçivəsi yoxdur. Akademik bildirib ki, Cavid yaradıcılığı Prezidenti İlham Əliyev tərəfindən ölkəmizdə həyata keçirilən multikulturalizm siyasətinə birbaşa xidmət edən dəyərli əsərlərdən ibarətdir.

"Fikirdən hazır misrayadək olan yol: düşüncəni bədiiləşdirmək və şeirə çevirmənin Cavid tərzi" mövzusunda məruzə ilə çıxış edən AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov ədibin əsərləri üzərində özünəməxsus iş xüsusiyyətlərindən danışıb. Qeyd edilib ki, böyük Azərbaycan şairi və dramaturqunun yaradıcılıq prosesi son dərəcə fərdi, təkrarsız olmaqla yanaşı, həm də müəyyən məchulluğa malikdir. Akademik Cavidin indiyədək araşdırılmamış və nəşr edilməmiş qeyd dəftərləri, qaralamaları əsasında onun fikirlərini şeirə çevirməsi texnologiyasından söz açıb. Vurğulanıb ki, Hüseyn Cavidin yazacağı şeirin yalnız ideyaca, mənaca deyil, hətta ifadə baxımından necə olacağını əvvəlcədən müəyyənləşdirdiyini həmin əlyazma materialları aşkar nümayiş etdirir. Şeirə keçməzdən əvvəl o, hiss və düşüncələrini nəsrlə yazır, daha sonra isə bu dəqiq cızılmış "yol xəritəsi" əsasında şeirini qurur.

Akademik R.Hüseynov çıxışında görkəmli dramaturqun bədii tərcümələr zamanı orijinalın mənasını qorumaqla yanaşı, onu əslindən geri qalmayan yüksək bədiiliklə ifadə etmək üçün yad misraları necə özününküləşdirməsini konkret nümunələr və Ömər Xəyyam irsindən müxtəlif şairlərin tərcümələri ilə müqayisələr əsasında təqdim edib.

Sonra Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli "Hüseyn Cavid və klassik irs" mövzusunda məruzə ilə çıxış edib. Hüseyn Cavidin Azərbaycan ədəbiyyatının yetişdirdiyi görkəmli şəxsiyyətlərdən biri olduğunu deyən natiq bildirib ki, böyük dramaturqun sənətinin unikallığı Şərq-Qərb ədəbi-mədəni kontekstinin sintezindən ibarət olmasındadır. T.Kərimli vurğulayıb ki, mükəmməl Şərq təhsili alan, Məhəmmədtağı Sidqi kimi böyük bir pedaqoqun təhsil ocağında yetişən, fars dilinə mükəmməl bələd olan, hətta bu dildə bənzərsiz şeirlər yaradan Cavid Qərb mədəniyyətini və ədəbiyyatını da kifayət dərəcədə mənimsəyib, çağdaş səviyyəli mütəfəkkir-şair-dramaturq kimi formalaşıb. Bildirilib ki, Cavidin müraciət etdiyi klassik əsərlər arasında İran şairləri - Əbülqasım Firdovsi, Ömər Xəyyam və Fəridəddin Əttar daha çox üstünlük təşkil etsə də, bütün bu qaynaqlar ona ancaq forma materialı kimi lazım olub: "Cavidin məzmunca ən çox iki qaynağa - Nizami humanizminə və Füzuli məhəbbətinə söykəndiyini görürük. Xüsusən yaradıcılığının ilk dövrlərində məhəbbət mövzusunda yazılmış əsərlərə üstünlük verən ədib böyük Füzulinin layiqli xələfi kimi çıxış edir. Lakin onu da göstərmək lazımdır ki, Füzuli məhəbbətindən fərqli olaraq, Cavid məhəbbəti daha çox vüsala can atan, ayrılıqdan əzab çəkən bir özəlliyə malikdir. Bu da şairin məhəbbətindəki irfani çaları hədsiz dərəcədə azaldır, onu dünyəvi məhəbbətin tərənnümçüsünə çevirir".

Elmi konfransda Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu "Hüseyn Cavidin poetik dili", Memarlıq və İncəsənət İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə "Hüseyn Cavid obrazı Azərbaycan incəsənətində", filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyeva "Hüseyn Cavid yaradıcılığında multikulturalizm: Şeyx Sənan və Xumar", AMEA Hüseyn Cavidin Ev Muzeyinin direktoru, filologiya elmləri doktoru Gülbəniz Babaxanlı "Hüseyn Cavid yaradıcılığında Şərq-Qərb məsələsi", Fəlsəfə İnstitutu direktorunun elmi işlər üzrə müavini, fəlsəfə üzrə fəlsəfə doktoru Eynulla Mədətli "Heydər Əliyev və Hüseyn Cavidin fəlsəfi irsi" mövzularında məruzələrlə çıxış ediblər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Xankəndində Zəfər meydanında Novruz tonqalı alovlandırılıb

Zəngilan rayonunun Ağalı kəndində İlaxır çərşənbəsi qeyd olunub

Trampla Putin münaqişənin başa çatması barədə razılığa gəliblər

Qarabağ Universitetində İlaxır çərşənbə və Novruz bayramı ilə bağlı konsert proqramı təşkil edilib

Qala Qoruğunda “Bahar Sədası” Novruz şənliyi təşkil edilib

Maliyyə Nazirliyində kollegiya iclası keçirilib

Dəniz Zəfərinin 110-cu ildönümü münasibətilə Çanaqqalada azərbaycanlı rəssamın fərdi sərgisi açılıb

Füzulidə İlaxır çərşənbənin tonqalı alovlandırılıb

Şəkidə yanğının söndürülməsinə xeyli canlı qüvvə cəlb olunub

Trampla Putin arasında telefon danışığı olub

İstanbul Universiteti Əkrəm İmamoğlunun diplomunun geri alınmasına qərar verib

Ağalı kəndində İlaxır çərşənbəsi qeyd olunub

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub VİDEO

Ağdərənin Suqovuşan kəndində yaşayış kompleksi istifadəyə verilib, sakinlərə evlərin açarları təqdim olunub YENİLƏNİB

Prezident İlham Əliyev: İkinci Dünya müharibəsindən sonra Azərbaycan qədər birmənalı və tam qələbə heç kim tərəfindən qazanılmayıb

Prezident: Şadam ki, artıq Suqovuşan kəndində də keçmiş köçkünlər yerləşirlər

Birləşmiş Ərəb Əmirliklərinin səfirliyi Bakıda iftar süfrəsi təşkil edib

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdərənin Həsənriz kəndində sakinlərlə birlikdə Novruz tonqalını alovlandırıblar YENİLƏNİB

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Qubada “Səkinə xanım” məscidini ziyarət edib

Qubada Qırmızı qəsəbədə “Altı günbəz” sinaqoqu ilə tanışlıq

Qubada Dağ Yəhudiləri Muzeyini ziyarət

Leyla Əliyeva Qubada şəhid övladları ilə birgə Novruz şənliyində iştirak edib

“Europol”: Qərbi Balkan regionu Avropada qanunsuz silahların əsas mənbəyidir

Laçında Torpaq çərşənbəsinin tonqalı qalanıb VİDEO

Ağdamlılar baharın gəlişini sevinc və ruh yüksəkliyi ilə qarşılayırlar

Milli Məclisdə 14 məsələ müzakirə olunub YENİLƏNİB VİDEO

Naxçıvanda Bahar festivalı keçirilir

Tacikistan və Çin zərərvericilərlə mübarizə aparmaq üçün Mərakeş çəyirtkəsini öyrənir

Tərtərdə keçirilən Novruz şənliyində xalqımızın qədim adət-ənənələri nümayiş olunub

Yeni ali təhsil proqramları ilə əlaqədar Təbiət ixtisasları üzrə işçi qrupunun BDU-da növbəti iclası olub

Gəncədə Çanaqqala Zəfərinin 110-cu ildönümü qeyd edilib

Göyçayda ev yanıb

Müdafiə naziri Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyi qeyd ediləcək - SƏRƏNCAM

Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinin qeyd edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

KOSMİK Akademiyanın rəhbəri: Qardaş Türkiyə ilə əməkdaşlıqda kosmik sahəni də önə çəkmək vacibdir

Abşeron rayonunda Novruz şənliyi keçirilib

bp-nin Azərbaycanda icraçısı olduğu enerji layihələri çərçivəsində görülən işlərin hazırkı vəziyyəti müzakirə olunub

“ExxonMobil” şirkəti ilə Xəzər dənizinin külək enerjisi potensialı müzakirə olunub

Bosniya və Herseqovina ilə müdafiə sənayesi sahəsində əməkdaşlıq müzakirə edilib

8-ci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalına filmlərin qəbulu başlanıb

Ağdərə rayonunun Suqovuşan kəndində məscid istifadəyə verilib YENİLƏNİB

Dövlət Komitəsinin sədri vətəndaşların müraciətlərini dinləyib

FHN-in Aran Regional Mərkəzi ağacəkmə aksiyası keçirib

"Barselona"nın yarımmüdafiəçisi mövsümün sonuna qədər oynamayacaq

Ruben Vardanyanın məhkəməsində on nəfərdən çox zərərçəkmiş şəxs ifadə verib VİDEO

bp şirkəti ilə əməkdaşlığın perspektivləri müzakirə edilib

İctimai iaşə müəssisələrinin rəhbərləri ilə görüş keçirilib

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Mərkəzi Seçki Komissiyasının 2025-ci il 12 fevral və 14 fevral tarixli iclas protokollarının təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində Novruz şənliyi təşkil edilib

Ağstafa və Daşkəsəndə Novruzun gəlişi təntənə ilə qeyd olunur

Mixail Kavelaşvili: Gürcüstan Orta Dəhlizin inkişafına, təhlükəsizliyinə və səmərəli fəaliyyətinə töhfə verməyə hazırdır

Sosial xidmət müəssisəsində Novruz şənliyi keçirilib

Qəbələdə keçirilən əmək yarmarkasına 10 müəssisədən 140 vakansiya təqdim edilib

Azərbaycanlı məktəblilər STEAM bacarıqlarını Türkiyə Kosmik Düşərgəsində inkişaf etdirirlər

ANAMA-da Bosniya və Herseqovinanın nümayəndə heyəti ilə görüş keçirilib

Səkkiz avtobus marşrutunun hərəkət sxemi bərpa olunub

Kennedi ilə bağlı 80 min səhifəlik sənədlər bu gün dərc ediləcək

Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Balakəndə vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib

Qazaxıstan Azərbaycana taxıl tədarükünü artırır

Qazaxıstanda uşaq mərkəzində infeksiya: 10 şagird xəstəxanaya yerləşdirilib

Elza Səmədova: Azərbaycanlı gənclər üçün uzunmüddətli staj proqramlarının təşkil olunmasına çalışırıq

Bizi birləşdirən Novruz - beynəlxalq konfrans

Mərkəzi Seçki Komissiyasının iclası keçirilib YENİLƏNİB VİDEO

Dənizkənarı Milli Parkda “Battle 4 LastCharshanba” festivalı keçirilib

İdris Hüseynov: Novruz xalqımızın dünya mədəniyyətinə misilsiz töhfələrindəndir

Müəllimlərin attestasiyasının keçirildiyi Bakı Xoreoqrafiya Akademiyasına infotur təşkil olunub

Milli Məclisin deputatları Ədliyyə Nazirliyinin Probasiya xidmətində olublar

Böyük Britaniyada audiokitabların dinlənilməsi məktəb proqramına daxil edilə bilər

Prezident İlham Əliyev Dövlət Miqrasiya Xidmətinin bir qrup əməkdaşını təltif edib

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarının “Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə” medalı ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Azərbaycanın 2025-ci il üçün “İdman səfirləri” bəlli olub

Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrik

Baş direktor: Azərbaycanın günəş və külək enerjisinin inkişafı üçün gözəl imkanları var - MÜSAHİBƏ

UEFA Millətlər Liqası: Türkiyə - Macarıstan oyununun hakimləri açıqlanıb

AzMİU Böyük Britaniya universiteti ilə əməkdaşlığını gücləndirdi – 2 yeni ikili diplom müqaviləsi imzalandı

Bayram süfrəsində necə qidalanmalı? – ekspertdən vacib tövsiyələr

"Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi" adlı forum öz işini yekunlaşdırıb VİDEO

Tovuzun şəhər meydanında Novruz tonqalı alovlandırılıb VİDEO

Çilidə dünyanın ən böyük rəqəmsal kamerası quraşdırılıb

“Wizz Air Abu Dhabi” aviaşirkəti Əbu-Dabidən Qəbələyə birbaşa uçuşlara başlayır

DİM-in İdarə Heyətinin sədri “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb

Ədəbiyyat İnstitutunun qarşısında duran vəzifələr müzakirə edilib

® “Batareyaları təhvil ver, təbiəti qoru” layihəsinə “Birbank” da qoşulub

BDU-da “Qurani-Kərim”in türkcə ilk tərcümələrində arxaikləşmiş dini sözlər araşdırılıb

Ağ evin sözçüsü: ABŞ olmasaydı, fransızlar indi almanca danışırdı

Xankəndi şəhərində məskunlaşma olan yaşayış yerləri telekommunikasiya xidmətləri ilə təmin edilib FOTO VİDEO

Bakıda və Abşeron yarımadasında 32 dərəcə isti qeydə alınıb - FAKTİKİ HAVA

Naxçıvanda yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 10,1 faiz artıb

Şamaxının Məlhəm kəndində İlaxır çərşənbəsindən REPORTAJ VİDEO

UNEC-in kollektivi İlaxır çərşənbəni Ahıl Şəxslər üçün Sosial Xidmət Müəssisəsində qeyd edib

ADAU-da iftar süfrəsi açılıb

Ağdaşda özünüməşğulluq proqramı çərçivəsində 800-dək şəxs üçün kiçik təsərrüfat yaradılıb

Rumıniya klubunda “Neftçi”nin sabiq baş məşqçisini türkiyəli mütəxəssis əvəz edib

“ASAN TV” bir yaşını qeyd edir

"Orta əsr Ağsu şəhəri" Qoruğunda Novruz festivalı keçirilib

ASCO gəmi səfərləri zamanı emissiyaları 6 faiz azaltmağı planlaşdırır

Çin alimləri xərçəngin müalicəsində sıçrayış ediblər