CƏMİYYƏT


"III Neftçili Yay Futbol Düşərgəsi" layihəsi başlayıb

Bakı, 14 iyun, AZƏRTAC

“Neftçi" Peşəkar Futbol Klubu (PFK), "ASAN Könüllüləri" Təşkilatı və "YAŞAT" Fondunun birgə təşkilatçılığı ilə şəhid və sosial baxımdan həssas ailələrin övladları üçün nəzərdə tutulmuş "III Neftçili Yay Futbol Düşərgəsi" layihəsi başlayıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, şəhid və sosial baxımdan həssas ailələrin 7-12 yaş aralığında olan övladları üçün nəzərdə tutulmuş düşərgənin açılış mərasimi 14 iyun tarixində keçirilib.

Tədbirdə "YAŞAT" Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov, "Neftçi" PFK-nin prezidenti Kamran Quliyev, Klubun Müşahidəçilər Şurasının sədri Çingiz Abdullayev, “ASAN Könüllüləri" Təşkilatının sədri Emiliya Bayramova, həmçinin klubun peşəkar futbolçu heyəti və qazilərimiz iştirak ediblər.

Layihənin əsas məqsədi uşaqların hərtərəfli inkişafını təmin etməklə yanaşı, onların daha parlaq gələcək əldə etmələrinə dəstək olmaq, o cümlədən asudə vaxtlarını daha səmərəli və əyləncəli keçirmələrini təmin etməkdir.

16 gün davam edəcək düşərgədə pandemiya qaydaları nəzərə alınaraq iştirakçılar qruplar üzrə bölünəcəklər.

İştirakçılarla psixoloqlar tərəfindən ruhlandırıcı görüşlər keçiriləcək, peşəkar məşqçilər tərəfindən futbol qaydaları öyrədiləcək.

“Neftçi” Futbol Klubunun "Türk Hava Yolları" bazasında keçiriləcək düşərgəni uğurla bitirmiş iştirakçılar sertifikat, müxtəlif hədiyyələr və imtiyazlarla təltif ediləcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.