İQTİSADİYYAT


"InCites" analitik platformasının imkanları araşdırılıb

Bakı, 10 iyul, AZƏRTAC

İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunda "Clarivate Analytics" şirkəti ilə əməkdaşlıq çərçivəsində "InCites analitik platformasının imkanları" mövzusunda seminar keçirilib.

İnstitutdan AZƏRTAC-a bildiriblər ki, "Clarivate Analytics" şirkətinin təhsil proqramları üzrə direktoru Valentin Boqorov seminar iştirakçılarına "InCites" analitik platformasından istifadə imkanları haqqında ətraflı məlumat verib. Bildirilib ki, elmi-tədqiqat və ali təhsil müəssisələrində elmi fəaliyyətin səmərəli idarəolunması müasir informasiya alətlərini tələb edir. "InCites" analitik aləti konkret elm sahələri üzrə tədqiqatlarda məhsuldarlığın, həmçinin tədqiqatın nəticələrinin ölçülməsinə və monitorinqinə imkan verir.

Sonra seminar iştirakçılarını maraqlandırılan suallar cavablandırılıb.

Qeyd edək ki, "Clarivate Analytics" şirkəti əqli mülkiyyətə dair məlumat bazalarını, informasiya sistemlərini idarə edir. Şirkətin xidmətlərinə "Web of Science", "Cortellis", "Derwent Innovation", "Derwent World Patents Index" və digərləri daxildir. Ümumilikdə şirkət patentin analizi, hüquqi tənzimləmə standartları, əczaçılıq və biotexnoloji tədqiqatlar, ticarət markalarının və brendin mühafizəsi, əqli mülkiyyətin idarəolunması üzrə analitik təhlillər, o cümlədən, nəzəri və praktiki tədqiqatların aparılması üzrə ixtisaslaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.